Milli Kitabxana “Mirzə Kazım bəy” adlı virtual sərgi hazırlayıb

Görkəmli şərqşünas alim, maarifçi, Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü Mirzə Kazım bəyin 220 illiyi münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında eyniadlı virtual sərgi açılıb.

Kitabxanadan bildirilib ki, virtual sərgidə fotolar, Mirzə Kazım bəyin müəllifi olduğu kitablar, haqqında yazılan kitab və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Mirze_Kazim_bey/index.htm linkindən istifadə edə bilərlər.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP