MOBİL EV

Novate.ru saytı bildirir ki, Estoniya memarlarının mobil ev layihəsi artıq Niderland və Böyük Britaniyada tətbiq edilməkdədir.Mobil ev zavod şəraitində unikal beton plitələrdən yığılır və cəmi 7 saata hazır olur.

Tikintidə istifadə olunan bütün materiallar ekoloji cəhətdən təmiz olmaqla yanaşı, həm də möhkəm və sukeçirməzdir. Ev sahibləri onu istədikləri yerə apara bilərlər.

“Gəzəyən” evin qiyməti 100.000 avrodur.