Baş Prokurorluq Bakıda liftin qırılması ilə bağlı araşdırmalara başladı

Baş Prokurorluğun Mətbuat xidməti Bakıda liftin qırılması ilə bağlı məlumat yayıb.

Qurumdan verilən məlumata görə, iyulun 04-ü paytaxtın Nərimanov rayonu Həsənoğlu küçəsi ev 6 ünvanında yerləşən hündürmərtəbəli binanın liftində texniki nasazlıq səbəbindən əyləcin tutmamasına görə liftin qəflətən bir mərtəbədən sürətlə digər mərtəbəyə düşməsi nəticəsində 1974-cü il təvəllüdlü Zəhra Məmmədovanın ayağından xəsarət alaraq xəstəxanaya yerləşdirilməsi müəyyən edilib.

Hazırda faktla bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılır.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP