“Barselona”nın yetirməsi “Real”dan imtina etdi

“Real” PSV-nin yarımmüdafiəçisi Xavi Simonsun transferində maraqlı olub.

“Kral klubu” bu yay 19 yaşlı orta sahə oyunçusunu İspaniyaya qaytarmağa cəhd edib.

Lakin “Barselona”nın yetirməsi olan Simons bundan imtina edib. Niderlandın U-19 yığmasının üzvü madridlilərdə müntəzəm oynayacağına əmin olmadığı üçün keçidə razılıq verməyib.

Qeyd edək ki, Xavi Simons bu yay PSJ-dən ayrılaraq azad agent kimi keçdiyi PSV ilə 5 illik müqavilə imzalayıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP