Güləşçilərimiz Avropa çempionu oldu

Azərbaycanın 2 güləşçisi İtaliyanın paytaxtı Romada U-20 Avropa çempionatında qızıl medal qazanıb.

Nihad Quluzadə (55 kq) finalda rumıniyalı Denis Mihayla dueldən qalib ayrılıb.

Rəqibinə 10:1 hesabıyla qalib gələn güləşçimiz Avropa çempionu olub.

Onun uğurunu Laçın Vəliyev (87 kq) də təkrarlayıb. Həlledici görüşdə rumıniyalı Patrik Qordanla üz-üzə gələn təmsilçimiz 3:1 hesablı qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Beləliklə, yunan-Roma güləşi üzrə U-20 millimiz AÇ-yə 2 qızıl medalla başlayıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP