Akademik Musiqili Teatr “Premyeraların paradı” festivalına hazırlaşır

İyulun 3-dən 10-dək Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Premyeraların paradı” festivalı keçiriləcək.

Teatrdan bildirilib ki, festival çərçivəsində 7 tamaşanın nümayişi nəzərdə tutulur. Belə ki, festival zamanı iyulun 3-də “Lara Martins Jazz club”, 4-də “Utancaq qız”, 5-də “Məchul pilləkən” balet-tamaşası göstəriləcək. Həmçinin iyulun 6-da “Bəxtiyar”, 8-də “Bir nəfəs qədər”, 9-da “psix”, 10-da isə “Beş manatlıq gəlin” tamaşaları nümayiş olunacaq.

Festival çərçivəsində ilk dəfə nümayiş ediləcək “Məchul pilləkən” balet-tamaşası bəşəriyyətin ən qorxulu bəlası olan narkomaniya, eyni zamanda, zərərli vərdişlərə qarşı təbliğat vasitələrindən bəhs edir. Səhnə əsərinin quruluşçu baletmeysteri, həm də baş rolun ifaçısı, gənc balet artisti Məhəmməd Abdullayev, quruluşçu rejissoru Samir Qulamov, quruluşçu rəssamı teatrın baş rəssamı Vüsal Rəhimdır.

“Məchul pilləkən”in ideya müəllifi və bədii rəhbəri Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir.

Gənclərə bir örnək və ismarış xarakteri daşıyan bu balet-tamaşanın süjet xəttində pis vərdişlərə düçar olmuş bir gəncin bütün maneələrə baxmayaraq, ağ ölümlə mübarizəsi və sonda xeyir və şər qüvvələrin çəkişməsi fonunda iradəsinin təntənəsi nümayiş olunur.

Tamaşada əsas rolu Əməkdar artist Viktoriya Şahmuradova, solo partiyaları isə Məhəmməd Abdullayevlə yanaşı, balet artisti Roman Krasnov oynayır.

Kütləvi səhnələrdə teatrın balet truppasının digər üzvləri – Aynurə Əsgərova, Rəbiyyə Əliyeva, Röya Mehrəlizadə, Elvira Əzizova, Anna Cabbarova, İlona Sementsova, Aygül Həsənova, İranə Kərimova, Kamran Həsənov və Yaqub Bəhramov çıxış edirlər.

Səhnə əsərində xarici bəstəkarların musiqilərindən, eyni zamanda, Əməkdar artist Sevda Ələkbərzadənin ifasında “Getmə-getmə” mahnısından istifadə edilib. Həmçinin Samir Qulamovun ifasında Xalq şairi Ramiz Rövşənin şeirlərindən ibarət kompozisiya səsləndirilir.

Balet-tamaşa üçün biletləri şəhərin mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən və “iticket.az” saytından əldə etmək olar.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi