“Qarabağ” – “Lex” oyununu ingiltərəli hakimlər briqadası idarə edəcək

Bakıda Ağdamın “Qarabağ” və Polşanın “Lex” klubları arasında keçiriləcək UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyununa hakim təyinatları açıqlanıb.

Matç İngiltərədən olan hakimlər briqadasına həvalə olunub. Görüşün baş hakimi Endryu Medli olacaq. Ona Daniel Kuk və Harri Leonard kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Simon Huper yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Komandalar arasında ilk oyun isə iyulun 5-də Poznanda keçiriləcək.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP