Gürcüstan-Rusiya yolunda UÇQUN: sərhəd bağlandı – VİDEO

Gürcüstan-Rusiya yolu yenidən bağlanıb.

Bu dəfə Gürcüstan və Rusiyanı birləşdirən beynəlxalq əhəmiyyətli yolda dağ uçqunu olub. Uçqun intensiv yağışlar nəticəsində baş verib. Nəticədə “Kazbegi” gömrük-keçid məntəqəsi bağlanıb.

Müvafiq tədbirlər görülənə qədər Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun 136-cı kilometrliyində bütün növ nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP