Anar Kərimov reabilitasiya xidmətləri göstərilən qazilərlə görüşüb

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov nazirliyin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində qazilərlə görüşüb.

Nazir müavini reabilitasiya xidmətləri göstərilən qazilərimizi 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə təbrik edib və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 2020-ci ildə Vətən müharibəsində əldə etdiyi möhtəşəm tarixi Zəfər barədə danışıb. O, həmin müharibədə misilsiz döyüş qabiliyyəti nümayiş etdirən Azərbaycan Ordusunun sonsuz qürur hissi doğurduğunu vurğulayıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən  verilən məlumata görə, görüşdə dövlət başçısının tapşırığına uyğun olaraq şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra olunan sosial dəstək paketinin artıq 100 min şəxsi əhatə edərək, onlara 190 min xidmət göstərildiyi qeyd olunub. Bildirilib ki, dəstək tədbirlərinin bir istiqaməti olaraq, Vətən müharibəsi əlillərinin reabilitasiya xidmətləri və vasitələri ilə təminatı işləri aparılır.

Postmüharibə dövründə Agentliyin reabilitasiya mərkəzlərində artıq 2500 qazi reabilitasiya xidmətləri, 1400-dən çox müharibə əlili 19,3 min reabilitasiya vasitəsi. 44 günlük Vətən müharibəsinin 200 qazisi, ümumən 300 müharibə əlili son nəsil müasir protezlərlə təmin edilib.

Qarabağ müharibəsi əlilləri bütün sahələrdə diqqət və qayğı, həmçinin müasir reabilitasiya mərkəzlərində keyfiyyətli bərpa-müalicə xidmətləri ilə əhatə olunduqlarını vurğulayıblar. Müavinət və təqaüdlərinin, pensiyalarının mütəmadi olaraq artırılmasından, məşğulluqlarına göstərilən dəstəkdən razılıqlarını ifadə ediblər.

Qazilər göstərilən diqqətə, qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər. Görüş zamanı onların rəy və təklifləri də dinlənilib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi