ABŞ NATO sammitində yeni addımlar elan edəcək

ABŞ Madriddə keçiriləcək NATO sammitində Avropanın təhlükəsizliyini gücləndirməyə yönəlmiş yeni addımlar barədə açıqlama vermək niyyətindədir.

Bunu jurnalistlər üçün keçirilən növbəti brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi təsdiqləyib.

“Liderlər NATO sammitində alyansın müdafiə və çəkindirmə doktrinalarını gücləndirmək üçün yeni uyğunlaşma öhdəliklərini elan edəcəklər. ABŞ müttəfiqlərindən (bu məsələnin həllində) gözlənilən yeni böyük töhfələrlə yanaşı, Avropanın təhlükəsizliyini möhkəmləndirmək üçün addımlar elan edəcək”, – deyə C.Kirbi bildirib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP