“E-Manat”dan oğurluq edildi
Qala qəsəbəsində oğurluq baş evrib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qəsəbədə yerləşən marketlərin birində quraşdırılmış “E-Manat” ödəmə terminalından 1000 manat pul, digər mağazadan isə 211 manat pul, 1289 manat dəyərində tütün məmulatı, alışqan və ətir oğurlanıb.
Oğurluğu həyata keçirməkdə şübhəli bilinən Bakı şəhər sakinləri İ.Mirzəyev və əvvəllər məhkum olunmuş F.Sədullayev müəyyən edilərək saxlanılıblar.
Hazırda faktla bağlı araşdırma aparılır.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP