“Neftçi” klubunun yeni baş məşqçisi müəyyənləşib

Bakının “Neftçi” futbol klubunun Müşahidə Şurasının onlayn şəkildə keçirilmiş iclasında əsas komandaya baş məşqçinin təyin olunması ilə bağlı müzakirələr aparılıb. İclasda qərara alınıb ki, bu vəzifəyə Laurentsiu Regekampf təyin edilsin.

Rumıniyalı mütəxəssislə ikiillik müqavilə bağlanıb.

Regekampf 2009-cu ildə futbolçu karyerasını bitirib və elə həmin ildə məşqçiliyə başlayıb. Rumıniyanın “Snaqov”, “Krayova”, “Qloriya”, “Konkordiya”, “Styaua”, “Universitatya Krayova”, Səudiyyə Ərəbistanının “Əl Hilal”, “Əl Əhli”, Bolqarıstanın “Liteks, Birləşmiş Ərəb Əmirliklərinin “Əl Vəhdə” və “Əl Vəsl” klublarını çalışdırıb.

Baş məşqçi kimi “Styaua” ilə Rumıniya çempionatının, Superkubokunun və Liqa Kubokunun qalibi olub. 2012/2013-cü il mövsümündə UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinədək irəliləməyi bacarıb. 1/16 finalda “Ayaks”ı mübarizədən kənarlaşdıran Regekampfın komandası növbəti mərhələdə gələcək çempion “Çelsi”yə uduzaraq mübarizəni dayandırıb. “Styaua”nı UEFA Çempionlar Liqasının qrup mərhələsinə daşıyan 46 yaşlı mütəxəssis “Əl Hilal”la 2014-cü ildə Asiya Çempionlar Liqasının finalına yüksəlib, 2015-ci ildə isə Səudiyyə Ərəbistanının Şahzadə Kubokunda 2-ci yeri tutub. O, “Əl Vəhdə” klubu ilə BƏƏ Super Kubokunun və Liqa Kubokunun qalibi olub, BƏƏ çempionatında 2-ci yeri tutub (2018).

Laurentsiu Regekampf “Sporturilor” qəzetinin keçirdiyi sorğuya görə 2013-cü ildə Rumıniyada ilin baş məşqçisi seçilib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi