Milli Dram Teatrının aparıcı səhnə ustası beynəlxalq festivalın mükafatına layiq görülüb

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Xalq artisti Sabir Məmmədov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən “Qızıl Femi” festivalının “Ən yaxşı bədii aktyor” nominasiyasında əsas mükafata layiq görülüb.

Bu barədə teatrdan məlumat verilib.

Məlumata görə, “Qızıl Femi” mükafatının təqdimat mərasimi 63 ölkədə yayımlanıb.

Tədbirə fəxri himayədarlığı Bolqarıstan Respublikasının vitse-prezidenti xanım İliana Yotova edib.

Sabir Məmmədov “Qızıl Femi” mükafatına Cəlaləddin Qasımovun “Edam günü” tammetrajlı bədii filmindəki baş rola görə layiq görülüb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP