“Qəbələ” klubu heyətinə daha bir futbolçu cəlb edib

2022-2023-cü il mövsümünün hazırlığını davam etdirən “Qəbələ” klubu heyətinə daha bir futbolçu cəlb ediB.

“Qəbələ” yay fasiləsində üçüncü transferini gerçəkləşdirib.

Klub heyətini braziliyalı hücumçu Felipe Santosla gücləndirib. İyirmi beş yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Ötən mövsümü “Şamaxı”da keçirən Santos Azərbaycan Premyer Liqasında 21 oyunda 6 qol vurub. O, bunadək Braziliyada “Paulista”, Sloveniyada “Ankaran Hrvatini” və “Maribor”da çıxış edib.

Xatırladaq ki, “Qəbələ” bunadək İlkin Qırtımov və Səlahət Ağayevi heyətinə qatıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP