Şuşa Bəyannaməsi ilə Azərbaycan və Türkiyə bir-birinin təhlükəsizliyini təmin edəcək- Deputat

“2021-ci il iyunun 15-də ölkəmizin mədəniyyət beşiyi olan Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi Türkiyə ilə qardaşlıq münasibətlərimizin daha da güclənməsinə imkan yaratdı, ölkələrimiz arasında olan münasibətlərin inkişafında yeni səhifə açdı. Bu tarixi bəyannamə ilə iki ölkə arasında enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu, iqtisadiyyat və digər önəmli sahələrdə yeni müttəfiqlik əlaqələri yaradıldı”. “Olaylar” xəbər verir ki, bunu deyən millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, Bəyannamənin əsas məqsədi Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri yeni müstəviyə qaldırmaq idi: “Şuşa Bəyannaməsi ölkəmizin beynəlxalq arenadakı nüfuzunu artıracaq, iki ölkə arasında münasibətlərin davamlı inkişafını təmin edəcək, gələcək nəsillərə ölkələrimizin tarixi birliyini nümayiş etdirəcəkdir. Şuşa Bəyannaməsi ilə Qarabağda edilən investisiyaların həcmi artacaq, böyük şirkətlər, investorlar tərəfindən işğaldan azad edilən ərazilərimizdə bərpa və quruculuq işləri üçün yeni maliyyə yatırımları ediləcək, yeni sıx əməkdaşlıqlar yaradılacaqdır. Həmçinin əməkdaşlığımız yeni kommunikasiya əlaqələrinin yaranmasına imkan yaradacaqdır. Zəngəzur dəhlizinin reallaşması ilə Türkiyə və Azərbaycan arasında münasibətlərin inkişafı yeni tarixi mərhələyə qədəm qoyacaqdır”.

Onun sözlərinə görə, Bəyannamədə qeyd edilən ən önəmli məsələlərdən biri də müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləridir: “Bu tarixi bəyannamə ilə Azərbaycan və Türkiyə bir-birinin təhlükəsizliyini təmin edəcəkdir. Tarixi oxşar Azərbaycan və Türkiyə bir araya gələrək inkişafımızı, əlaqələrimizi daha da üst səviyyəyə çatdırmağı planlayır. Regionda sülhün təmin olunması, mehriban qonşuluq münasibətlərinin qurulması üçün Azərbaycan və Türkiyə birlikdə fəaliyyət göstərir. Bizim münasibətlərimiz inkişaf etdikcə regionda sabitlik də buna paralel olaraq artacaqdır”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi