Hacıbaba Bağırov – 90

Bu gün böyük gülüş ustası, Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq artisti, “Şöhrət” ordenli Hacıbaba Bağırovun anadan olmasının 90-cı ildönümüdür. Bununla əlaqədar Azərbaycan Dövlət Akademik Musiqili Teatrı silsilə tədbirlər həyata keçirir.

Teatrın kollektivi öncə mərhum aktyorun Fəxri Xiyabandakı məzarını ziyarət edərək əklillər və gül-çiçək dəstələri qoyublar.

Ziyarətdə iştirak edən Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, Mədəniyyət Nazirliyinin Teatr sektorunun müdiri Könül Cəfərova, Xalq artistləri Afaq Bəşirqızı, Fatma Mahmudova, rejissor, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Əməkdar artistlər Ələkbər Əliyev, Çingiz Əhmədov, gənc aktyor, Prezident Mükafatçısı Hüseyn Əlili, tanınmış mədəniyyət və incəsənət  nümayəndələri mərhum sənətkarın həyat və yaradıcılığından söz açaraq, onunla bağlı xatirələrini bölüşüblər.

Bu gün saat 19:00-da isə Akademik Musiqili Teatrda Hacıbaba Bağırovun 90 illik yubileyinə həsr olunmuş “Mən dəyərəm min cavana” (F.Sücəddinov, T.Vəliyeva) tamaşası nümayiş olunacaq.

Xatırladaq ki, bu tamaşa illər öncə H.Bağırovun sağlığında onun 75 illik yubileyi münasibətilə hazırlanmışdı. Tamaşanın premyerasına az qalmış, 2006-cı ilin oktyabrında aktyor vəfat etdiyinə görə 2007-ci ildə “Mən dəyərəm min cavana” tamaşası mərhum sənətkarın xatirəsinə ithaf olaraq onu sevənlərə bir hədiyyə kimi təqdim edilir.

Gözlənilməz və maraqlı situasiyalarla zəngin tamaşa səhnəyə qoyulduğu gündən  böyük maraqla qarşılanır və bu gün 81-ci dəfə nümayiş olunacaq.

Tamaşadan əvvəl Musiqili Teatrın Ədəbi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı Hacıbaba Bağırovun həyat və yaradıcılığından danışacaq.

Qeyd edək ki, tamaşadan öncə foyedə aktyorun “O olmasın, bu olsun” musiqili komediyasında oynadığı Məşədi İbad (1998), “Bankir adaxlı”da Atakişi (2002), “Adamın adamı”nda Əli Əyrizadə (2005), “92 dəqiqə gülüş” konsert-kompozisiyasında isə Sonqulu (2004)  obrazlarının  səhnə geyimləri də sərgilənəcək.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi