5 yaşlı uşağı maşın vurub öldürdü

Lənkəranda azyaşlını avtomobil vurub.

Hadisə rayonun Vilvan kəndində baş verib. 34 yaşlı Hüseynov İlkin Beytulla oğlu idarə etdiyi “Nissan Sunny” markalı avtomobillə yolu keçən 5 yaşlı Hüseynov Sənan Zaur oğlunu vurub.

Piyada aldığı xəsarətlərlə “Baku Medical Plaza” xəstəxanasına yerləşdirilib. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, o, dünyasını dəyişib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP