İrəvanın mərkəzində yeni yürüş
Ermənistanda “müqavimət” hərəkatının tərəfdarları İrəvanın mərkəzindən yürüşə başlayıblar.
Müxalifətçilər Maştots prospekti boyunca hərəkət edir.
Onlar hökumət binalarına doğru yürüş edib daha sonra Fransa meydanına tərəf qayıtmağı planlaşdırır.
Xatırladaq ki, “müqavimət” hərəkatı bir aydan çoxdur ki, İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirir.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP