Astrofizika Rəsədxanasından geomaqnit qasırğası ilə bağlı AÇIQLAMA

Günəşin görünən diskinin yuxarı hissəsi boyunca yönəlməsinin təsirinin oktyabrın 11 və ya 12-dən başlayaraq müşahidə ediləcəyi gözlənilir.

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev Trend-ə deyib ki, Gündüz ulduzumuz olan Günəşin səthində daim tac dəlikləri formalaşır.

Onun sözlərinə görə, Günəşin diskində tünd hissələr kimi müşahidə olunan tac dəliklərində maqnit qüvvə xətləri demək olar ki, açıq olur və bu səbəbdən yüklü qaynar plazma hissəcikləri bu hissələrdən Günəşi asanlıqla tərk edərək planetlərarası fəzaya yüksəksürətli Günəş plazma küləyi şəklində Yerə doğru da yönəlir:

“Bu gün Günəşin səthində ləkələr müşahidə olunmur, lakin burada formalaşmış tac dəliyinin də çox maraqlı forması var. Tac dəliyi Günəşin görünən diskinin yuxarı hissəsi boyunca yönəlib, onun təsirini isə 11 və ya 12 oktyabrdan başlayaraq gözləyirik. Bu təsir, adətən Yerin maqnit sahəsinin həyəcanlaşmasına gətirib çıxarır. Fiziki şəraitdən asılı olaraq (Günəş küləyinin sürətu, planetlərarası maqnit sahəsinin istiqaməti və s.), geomaqnit qasırğası da yarana bilər. Bu dəfə G1 sinifli geomaqnit qasırğası gözlənilir”.

Belə ki, oktyabrın 13-ü Yerdə güclü maqnit qasırğası başlayacaq. Qasırğa iki gün, oktyabrın 14-dək davam edəcək.

Maqnit qasırğasının elektron qurğuların, xüsusilə rabitə vasitələrinin işinə təsir edəcəyi gözlənilir.

Bu qasırğanın meteohəssas insanlara da təsirsiz ötüşməyəcəyi bildirilir.

E.Babayev deyib ki, hazırda atmosfer təyziqi 760 mm.c.t-dur, geomaqnit indeksi Kp isə 0-1arasında dəyişir (maksimum 9 olur), lakin gün ərzində getdikcə artacaq.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi