Azərbaycanda yeniyetmənin QEYRİ-ADİ ölümü

Siyəzəndə yeniyetmə boğularaq ölüb.

Hadisə bu gün Siyəzən şəhəri ərazisində qeydə alınıb. 13 yaşlı Rəfiyev Məhəmməd Musa oğlunun nəfəs borusuna yad cisim düşüb. Nəticədə o, boğularaq dünyasını dəyişib.

İlkin ehtimala görə, yeniyetmənin ölümünə səbəb olan yad cisim elə qida məhsuludur.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, M. Rəfiyev Vətən müharibəsi şəhidi Seyfəl Rəfiyevin qardaşıdır.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP