Daşkənddə 28 May – Müstəqillik Günü qeyd edilib

Özbəkistan Nazirlər Kabineti nəzdindəki Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsində Azərbaycan diasporunun 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbiri keçirilib.

 

Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) təşkilatçılığı ilə gerçəkləşdirilən tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri, mədəniyyət mərkəzlərinin rəhbərləri və media mənsubları iştirak ediblər.

 

Tədbirə videobağlantı ilə qatılan Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov soydaşlarımızı ölkəmizin Müstəqillik Günü münasibətilə təbrik edib. Ölkələrimiz arasında qarşılıqlı münasibətlərin qədim tarixə malik olduğunu, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanla münasibətlərə xüsusi önəm verdiyini, bu ölkədə Azərbaycan diasporunun uğurlu fəaliyyətinə şərait yaradıldığını bildirən DİDK sədri  xatırladıb ki, 44 günlük Vətən müharibəsi dövründə də Özbəkistan Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. “Bizi ümumi dil, din, adət-ənənələrimiz və tariximiz birləşdirir. Ötən əsrin 30-cu illərində baş verən kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistan torpağında sığınacaq tapıb. Bu gün azərbaycanlılar Özbəkistanın sosial, iqtisadi, ictimai və digər sahələrində uğurla çalışmaqdadırlar”, – deyə komitə sədri əlavə edib.

 

Tədbirdə RAMMM-ın sədri Firdovsi Hüseynov, Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsinin sədri Rustam Kurbanov və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov  çıxış ediblər. 104 il öncə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) müsəlman Şərqində ilk dünyəvi, demokratik respublika olduğu, qısa müddət ərzində həyata keçirdiyi fəaliyyət barədə ətraflı məlumat verilib. AXC-nin Azərbaycan xalqının həyatında oynadığı böyük roldan danışan natiqlər ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini məmnunluqla vurğulayıblar.

 

Sonra Daşkənddə yaşayan soydaşımız Eldar Məmmədovun rejissoru olduğu “Müstəqil Azərbaycanın salnaməsi” sənədli filmi göstərilib.

 

Tədbirin bədii hissəsində şagirdlərin ifasında Azərbaycanı vəsf edən şeirlər, müğənnilər Yusif Əliyev, Rəna Əzizova və  Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan qızları” rəqs ansamblının ifasında muğam, xalq mahnıları və milli  rəqslər təqdim edilib. 

 

Tədbir çərçivəsində Azərbaycan həsr olunmuş kitablar, Qarabağın milli kişi və qadın geyimləri, milli suvenirlər nümayiş etdirilib.

 

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi