Narkotik aludəçisini öldürüb yandırdılar

Azərbaycanda 2 il əvvəl törədilən qətlin üstü açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, 2020-ci il martın 28-də İsmayıllı rayonunun Tubukənd kəndi ərazisindən kişi meyiti tapılıb. Əməliyyat-axtarış və istintaq tədbirləri ilə mərhumun Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Rəşad Məmmədov olması müəyyənləşib.

Araşdırmalarla Sabirabad rayon sakini Ümidvar İbişov və Xocalı şəhər sakini, əvvəllər məhkum olunmuş Elvin Əliyevin narkotik asılılığından əziyyət çəkən tanışları R.Məmmədovu xəstəxanaya yerləşdirmək adı ilə “Hyundai” markalı avtomobildə Qaradağ rayonu ərazisinə aparmaları, orada avtomobilin salonunda Ü.İbişovun onu boğaraq öldürməsi və cinayəti gizlətmək məqsədilə cəsədi İsmayıllı rayonunun Tubukənd kəndinə aparıb üstünə yanacaq tökərək yandırmalarına əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə Ü.İbişov və E.Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil veriliblər.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi