bodrum escortgaziantep escortgaziantep escortmaltepe escortbostancı escortanadolu yakası escortizmir escortankara escortvevobahisataşehir escortNine casinoDrift casinoataşehir escortMebbishttps://bs-sport.com/onwinjojobetmatbetholiganbetbetkomtrendyol indirim kodubim aktüelkayseri evden eve nakliyatdeneme bonusu veren sitelertipobetCasibombets10kredi hesaplamaa101 aktüelvevobahistipobetparbahisbetnisistanbul escortslot siteleri https://en-iyi-10-slot-siteleri.comstarzbet adamsah.net

Akınçılar kim olub? – Türkün hərb tarixinin şanlı səhifəsi

Günümüzdə Türkiyə PUA sahəsində dünyada barmaqla göstərilə biləcək ölkələrdən biridir. Qarabağ savaşından hamımızın sevimlisinə çevrilən “Bayraktar” TB2-nin istehsalçısı “Baykar” şirkətinin yeni, daha mükəmməl “Akıncı” PUA-sının ölkəmizdə də istehsal oluna biləcəyinə dair məlumatlar yayılıb.

“Akıncı” – 48 saat havada qalan, 12 min metr yüksəklikdə uçan, radara az yaxalanan, 1.4 ton faydalı yük, müasir hava-hava, hava-yer və qanadlı raketləri (SOM daxil), eyni zamanda, fərqli PUA-ları daşıya bilən pilotsuz uçan müharibə maşınıdır. O, ABŞ-ın müasir “Global Hawk” PUA-ları ilə eyni sinfə aid edilə bilər.

Bəs “Akıncı” nə deməkdir? Bu söz haradan gəlir və türk irqinin hərbi-siyasi ənənəsindəki yeri nədən ibarətdir?

Axının gücü

Akıncılar Osmanlı dövlətində xüsusi təyinatlı kəşfiyyat-diversiya qrupları idilər. “Akıncı” sözü “axmaq, axıb getmək, axın etmək” kəlməsindən gəlir və adından da göründüyü kimi, vəzifələri düşmən mövqelərinə ani axınlar, basqınlar edib, lazımi kəşfiyyat məlumatları toplamaq, bəzən isə düşmənə gözlənilməz zərbələr endirmək idi.

Onlar yürüşə çıxan əsas ordudan 5-6 günlük məsafədə öndə olar, orduya qurulan tələləri, yolların, körpülərin vəziyyətini müəyyən edər, kəşfiyyat məlumatlarını qərargaha ötürər, lazım olduqda isə gecə ikən hücum edib, düşmən mövqelərini dağıdardılar.
(Eynilə “Akıncı” PUA-sı da müşahidə oluna bilinməyən yerdən uçur, kəşfiyyat məlumatlarını əldə edərək, qərargaha ötürür, lazım olarsa, təkbaşına düşmən mövqelərinə hücum edərək, sıradan çıxarır.)

Yalnız atlılardan ibarət, xüsusi seçilmiş və diqqətlə hazırlanmış 800-1000 nəfərlik, yüngül silahlanmış, fantastik manevr imkanlarına malik bu bölmələr əsasən, sərhəd zonalarında mövqelənən mükəmməl hərbi birliklər idilər. Ümumiyyətlə, tarixən əksər böyük türk ordularının – Asiya hunlarından Səlcuqlara, Göytürklərdən Teymurilərə qədər – əsas vurucu gücləri yüngül-sürətli süvarilərdən ibarət idi. Maraqlıdır ki, müasir Türkiyədə quru qoşunlarının yaranma tarixini Mete xanın hakimiyyətə gəldiyi e.ə 209-cu ildən (2233 il) hesablayırlar.

Bəylikdən imperiyaya

Səlcuq dövlətinin süqutu yaxınlaşanda səlcuq uc bəylikləri bir tərəfdən Bizansa, digər tərəfdən monqol hücumlarına qarşı çevik hərbi əməliyyatlara başlayırlar ki, bu, yaxın gələcəkdəki akıncı hərbi dairələrinin bünövrəsini təşkil etməyə başlayır. Başqa formada, türk tarixindəki qəhrəman“alp”lar Osmanlı dövlətinin qoruyucusu sayılacaq “akıncı”ya çevrilməyə başlayırlar.
(Hərbi ekspertlər hesab edirlər ki, “Akıncı”ların Türkiyə Hərbi Hava Qüvvələrində xidmətə girməsilə “F-16”lardan istifadə azalacaq, onları bir çox missiyalarda “Akıncı”lar əvəz edə biləcəklər. Bununla da xidmət vaxtları 2025-ci ilə qədər hesablanan qırıcıların ömrü 2032-2035-ci illərə qədər uzanacaq.)

Osmanlı dövlətinin qurulmasında əsas güc rolunu oynayan Akıncılar I Osmanın zamanında Kosa Mihal tərəfindən sabit və strukturlaşmış təşkilata çevrilir, oğlu Orxanın hakimiyyəti illərində isə Evrənos bəyin rəhbərliyində dövlətin əsas hüquq-muhafizə gücü olurlar.


Akıncıların Osmanlının uc bəyliyindən dövlətə, dövlətdən imperiyaya çevrilməsinə böyük töhfəsi olur. Osmanlının Avropa fəthlərində əvəzedilməz rol oynamağa başlayan akıncıların Kosovo döyüşü, Konstantinopolun fəthi, Transilvaniya (Drakula üsyanı burada baş vermişdi), Mohaç zəfəri kimi önəmli savaşlarda həlledici rolu olub.

Onların sayları müxtəlif zamanlarda, tələb və şəraitdən asılı olaraq, fərqli olub. I Murad dövründə 10 min, II Mehmet dövründə 20 min, Süleyman Qanuni dövründə 40 min…
Akıncıların mərkəzi hakimiyyətin taleyinə ciddi təsir edə bilmək imkanları da sirr deyil. Belə ki, Ankara savaşından sonra Fitrət dövrünə girmiş dövlətin birləşməsindən tutmuş, Səlim Yavuzun atası II Bəyazidə qarşı taxt savaşında verdikləri dəstək buna nümunə göstərilə bilər.

Akıncı bəyliyi birbaşa sultan tərəfindən təyin olunur, atadan oğula keçir və əmrləri birbaş sultandan alırdılar. Filmlərdən də yaxşı tanıdığınız Malkoçoğlu ailəsi məhşur akıncı bəylərindən biri idi ki, adını Çaldıran döyüşündə də eşidirik.

Hoydu, dəlilərim, hoydu!

Akıncıların taleyini həll etdikləri döyüşlər az deyil. Məsələn, Çermən döyüşündə 70 minlik serb ordusunu 800 akıncı ilə içlərinə sızaraq məhv edən Lələ Şahin igidliyi və ya Esterqon qalasının dəmirbaş Həsənin başçılığı altında 40 akıncı ilə fəth edilməsi bunun ən gözəl nümunələrindəndir.
(Günümzlə parallel aparsaq, “Akıncı”nın kiçik qardaşı “Bayraktar” Vətən müharibəsində düşmən mövqelərini təkbaşına darmadağın etdi. Şübhəsiz ki, onun “böyük qardaşı” “Akıncı” bu işin öhdəsidən daha məharətlə gələrdi. Belə ki, TB2 yüngül Mam-L, Mam-C daşıyırdısa, “Akıncı” hətta Cirit, SOM-2 kimi 200-250 km. məsafəyə dəqiq zərbə endirə bilən qanadlı raketlər də daşıya bilir.)

Akıncılar döyüşdə o qədər ürəklə, cəsarətlə, ölümdən qorxmadan iştirak edirdilər ki, onlara məcazi mənada fədai, əzabi, divanə, dəli də deyirdilər. Hesab edilir ki, Koroğlu dastanındakı dəlilər məhz akıncıların bədiiləşdirilmiş obrazlarıdırlar. Onların geyimlərini müqayisə etdikdə, aydın olur ki, akıncılar da Koroğlunun dəliləri kimi canavar, aslan kürkü geyinər, başlarına qartal, şahin lələkləri taxardılar ki, görkəmləri düşməndə vahimə oyatsın.
Napoleonun “niyə Türkiyəyə hücum etmirik” sualına verdiyi “türkləri əzabi, fədai, divanəyə döndərmək bizə lazım deyil” cavabını xatırlamaq yerinə düşür.
Akınçılar dövlətdən maaş almırdılar. Onların qazıncı əsasən düşməndən ələ keçirdikləri qənimətlər hesabına təmin edilirdi.

Dinc həyatın axını

Akınçılar yalnız türklərdən təşkil edilir və “devşirmə” adlandırılan, xristianlıqdan islama keçmiş avropalı xalqlar bu birləşmələrə qəbul edilmirdilər. Doğrudur, mənbələrdə xaçpərəst akıncılardan da söhbət gedir, lakin bunlar əsasən, peçeneq, qaqauz və s. kimi xristian türk xalqlarından olan şəxslər idilər.

Bu birləşmələrdə xidmət əsasən atadan oğula keçirdi, çünki hesab olunurdu ki, bir akıncını yalnız başqa bir akıncı yetişdirə bilər.

Akıncılar əsasən yazda və yayda basqınlara çıxar, soyuq havalarda isə ailələri ilə qalar, müxtəlif sənətlərlə məşğul olardılar. Maraqlıdır ki, akınçıların məşğul olduğu əsas sənət növləri sırf hərbi səfərdə ehtiyac duyula biləcək sənətlərdən idi: İlxıçılıq, nalbəndlik, toxuculuq, təbabət, aşpaz və s.


Akıncılar bir neçə dil bilər, mədəniyyət və dövrün elmlərilə maraqlanır, fəth etdikləri ərazilərin ənənə və adətlərinə bələd olurdular. Dəqiq ox atmaq, əla güləşmək, döyüşə bilmək, qılınc oynatmaq, divara yalın əl ilə dırmanmaq, uzağa üzə bilmək akınçılar üçün tələb edilən şərtlər sayılırdı. Onlar Dunay çayını neçə dəfə o baş-bu başa üzdükləri ilə öyünər və buna görə mükafat alardılar.
Ümumiləşdirsək, “James Bond” obrazı günümüzdə təxəyyül məhsulu olsa da, akıncı bəyləri əsl Ceyms Bond sayıla bilərdilər.

“At igidin qardaşıdır”

Akıncılar atlara xüsusi önəm verirdilər. Səfərdə hər akıncının yanında 4-5 at olurdı. Yorulan hər bir at müəyyən olunmuş yerdə saxlanılar, sürət azalmasın deyə, yürüşə digər atla davam edilərdi. Səfərdən qayıdarkən isə əldə edilmiş qənimətlər yolda dincə buraxılmış atlara yüklənərək, geriyə dönülərdi.

Akıncılarda hərbi nizam-intizam olduqca önəmli idi və eynilə Mete xanın ordusunda olduğu kimi, onlarda da hərbi birləşmələr onbaşılıq, yüzbaşılıq və minbaşılıq formasında idarə edilirdi. Yüzbaşılara subaşı da deyilirdi ki, yəqin, günümüzün Türkiyəsində zabitə “subay” (su bəyi, su başı) deyilməsi bu səbəbdəndir.

Mədəniyyətdə qoyulan iz

Akıncılar türklərin fəth etdiyi yerlədə əhalinin türkləşməsi və müsəlmanlaşması prosesində böyük rol oynadıqları kimi, ədəbiyyatda, sənət və yaradıcılıqda da bir çox əsərə ilham qaynağı olublar. Məsələn, Nəcib Fazıl yazır ki:

Məni sorma zövqə dalmış batıdan,
Məni soruş, Vyanadan, Dunaydan
İsmimi al Dəmirbaşlı Hasandan,
Sultan Fatih sədasıyla akıncılar gəliyor!

Kərkük, Kıbrıs silsin artık yaşını,
Tikin üfüqlərə qiblə daşını.
Malazgirdi göstər, soruşsalar adımı,
Elm ilə, eşq ilə akıncılar gəliyor!

Başqa nümunəyə baxaq. Yəhya Kamal yazır ki;

Min atlı axınlarda cocuklar kimi şəndik,
Min atlı biz, div kimi bir ordunu yendik.
Ağ tolqalı bəylərbəyi hayqırdı ki, ilərlə,
Yaz gününü keçdik, Dunaydan həmlələrlə.

Şimşək kimi bir yandan atıldıq yeddi qoldan,
Şimşək kimi türk atının keçdiyi o yollardan.
Min atlı bu axında uşaqlar kimi şəndik,
Min atlıyla div kimi, bir ordunu yendik…

Qızıl almada görüşərik!

1595-ci ildə Sinan Paşanın Valaxiya (Rumıniya) səfərində tələyə salınan ordunun içində akınçıların böyük qismi (100 minə yaxın) məhv edilir. Ardından Osmanlının Avropada fəth erasının sonu başlayır və bununla da akıncıların hərb meydanındakı izləri səngiməyə başlayır. Sultan II Mahmud zamanında yeniçərilərə qarşı sultanın özünün apardığı mübarizə nəticəsində akıncı birləşmələri də rəsmən ləğv edilir.

Akıncılar döyüşdə həlak olarkən “Qızıl almada görüşərik” şüarını səsləndirirdilər. Bu gün “Akıncı” PUA-nı silahlanmaya təhvil verən “Baykar” şirkəti reaktiv, 5-ci nəsil “Qızıl Alma” PUA-sının yaxın 1 ildə test uçuşunu həyata keçirəcəyini bildirir.

P.S. Mete xan 20 minlik ordusu ilə 300 minlik Çin ordusuna hücuma hazırlaşanda, vəziri deyir ki, geri çəklməyimiz lazımdır, nə düşünürsən? Ulu xaqan isə cavab verir ki, bu qədər adamı harada basdıracağımı fikirləşirəm…

Tural Bakuvi