bodrum escortgaziantep escortgaziantep escortmaltepe escortbostancı escortanadolu yakası escortizmir escortankara escortvevobahisataşehir escortNine casinoDrift casinoataşehir escortMebbishttps://bs-sport.com/onwinjojobetmatbetholiganbetbetkomtrendyol indirim kodubim aktüelkayseri evden eve nakliyatdeneme bonusu veren sitelertipobetCasibombets10kredi hesaplamaa101 aktüelvevobahistipobetparbahisbetnisistanbul escortslot siteleri https://en-iyi-10-slot-siteleri.comstarzbet adamsah.net

Zəngəzur dəhlizi tezliklə reallaşacaq

Brüssel görüşündə Azərbaycanın sülh üzrə əsas prinsipləri təmin edildi.

Brüsseldə  Avropa ittifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən  üçtərəfli görüş  Azərbaycanın sülh üzrə əsas prinsiplərinin təmin edilməsi ilə yekunlaşıb. 5 saat davam edən uğurlu  görüşün nəticələrini belə sıralamaq olar: Danışıqlar və onun yekun razılaşmalarında Dağlıq Qarabağ ifadəsi işlədilməyib, yalnız Qarabağ deyilib. Status məsələsi ümumiyyətlə olmayıb. Azərbaycanda yaşayan erməni əhalinin hüquqları barədə danışılıb ki, bunu da Azərbaycan özü həmişə deyib və vətəndaş olacaq ermənilərin təhlükəsizliyinə təminat verəcəyini bəyan edib. Yaxın zamanlarda Azərbaycanla Ermənistanın sərhədində  Sərhəd Komissiyalarının ilk birgə iclasının keçirilməsi razılaşdırılıb. Komissiya sərhədlərin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı məsələlərlə məşğul olacaq. Kommunikasiyaların açılması istiqamətində işin davam etdirilməsi, o cümlədən Zəngəzur dəhlizinin reallaşdırılması, beynəlxalq daşımaların tənzimlənməsi və digər məsələlər barədə razılığa gəlinib. Sərhəd idarəçiliyi, təhlükəsizlik, torpaq haqları, həmçinin beynəlxalq daşımalar kontekstində gömrük prinsipləri barədə razılığa gəlinib. Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsi üzrə müzakirələrin irəli aparılması ilə bağlı razılıq əldə edilib. Qeyd edək ki, artıq Azərbaycan və Ermənistan Komissiyalarının rəhbərləri sərhəddə görüşüblər. Tərəflər, delimitasiya və digər məsələlər üzrə Komissiya çərçivəsində işləməyə hazır olduqlarını təsdiq ediblər. Komissiyanın birgə fəaliyyətinin təşkilati və prosedur məsələləri müzakirə edilib. Tərəflər, dövlətlərarası sərhəddə görüşlərlə yanaşı, Komissiyanın növbəti iclaslarının fərqli yerlərdə keçirilməsinin məqsədəuyğunluğu barədə razılığa gəliblər. Belə ki, ikinci görüşün Moskvada, üçüncü görüşün isə Brüsseldə keçirilməsi barədə razılıq əldə edilib.Millət vəkili Sahib Alıyev qeyd edib ki, Avropa Birliyi Şurası Prezidenti Şarl Mişelin açıqlamasından belə görünür ki, onun vasitəçilk etdiyi yüksək səviyyədə üçüncü Azərbaycan- Ermənistan danışıqları necə proqnozlaşdırılırdısa, təqribən o cür də bitdi: “Bununla bağlı artıq bir çox analitiklərimizin şərhləri olduğundan  toxunulmayan iki məqam var ki, onların üzərində dayanmaq istərdim. Həmin məqamlardan biri ilk və haradasa son baxışda da bizə çox da xoş gəlməyən “Qarabağın hay etnik əhalisinin  hüquq və təhlükəsizliklərinin həlli məsələsi”dir ki, bu, bəyanatda Avropa Birliyi Şurası Prezidenti adından çağırış kimi səsləndirilir. Qarabağdakı hayların “hüquq və təhlükəsizlikləri” məsələsini heç kimə sirr deyil ki, ya Moskva, ya Brüssel görüşləri olsun Ermənistan baş naziri hamısında qaldırıb. Amma Rusiyanın da, Avropa Birliyi rəhbərliyinin də vasitəçiliyi altında keçirilən görüşlərin yekun açıqlamalarında bu öz əksini tapmayıb. Tapa da bilməzdi. Birinci ona görə ki,  cənab İlham Əliyevin  onunla bağlı qəti və prinsipial mövqeyi var- Paşinyanın  Qarabağdakı soydaşlarının hüquq və azadlığından dəm vurması Azərbaycnın iç işlərinə qarışmaqdır. İkincisi, savaşı uduzmuş və təslimçilik aktı imzalamış bir ölkənin rəhbərinin  bu cür  tələblə çıxış etməsi yumşaq desək,  xarakterlərinə uyğun olsa da, durumlarına  adekvat deyil. Üçüncüsü, Azərbaycan Prezidenti Qarabağın Rusiya hərbi kontingentinin müvəqqəti kontrolundakı hissəsində yaşayanların bu ölkənin digər vətəndaşları kimi hüquq və azadlıqlarının təmin ediləcəyini dəfələrlə deyib. Şarl Mişel və digərləri buna çağırış etsələr də, etməsələr də, dövlətimizin etnik kimliyindən və dinindən asılı olmayaraq bütün vətəndaşlarının təməl haqlarını qoruduğunu, qoruyacağını, qanunlarımıza tapındıqları halda Qarabağdakı hayların da son 30 ildəkindən daha yaxşı yaşayacaqlarını hər kəs anlayır. Ona görə də Şarl Mişelin bu çağırışı Azərbaycanda heç nəyi dəyişmir, üstəlik Qarabağdakı hayların taleyinin Ermənistanlıq məsələ olmadığını,  ona məhz insan haqları prizmasından yanaşıldığını ortaya qoyur.  Sadəcə, bununla  hayların, ilk növbədə də Köçəryan-Sərkisyan cütlüyünün təsiri altında olanların  diqqətinə çatdırılır ki, təkcə Rusiya deyil,  Avropa Birliyi də onların Qarabağdakı soydaşlarının hüquq və azadlıqlarının qorunmasında maraqlıdır. Amma bu zaman hər hansı statusdan söhbət gedə bilməz ki, Avropa Birliyi Şurası Prezidentinin açıqlamasından da göründüyü kimi,  orada nə o söz, nə də “Dağlıq Qarabağ” ifadəsi var”. Onun bildirdiyinə görə, açıq-aydın görünür ki, cənab Mişelin bu çağırışı daha çox Brüsselin vasitəçilik missiyasının haylar arasında təbliğinə və Paşinyanın Ermənistanda mövqeyini müəyyən qədər gücləndirməyə yönəlib ki,  burada   Azərbaycanın  maraqlarına cavab verməyən nəsə yoxdur: “Fikrimin əvvəlində onun açıqlamasındakı həmən məqamın ilk baxışda xoşa gəlməzliyini məhz ona görə qeyd etmişdim. Amma bununla yanaşı  “haradasa son baxışda” xoşagəlməz olduğunu da vurğulamışdım ki, o da səbəbsiz deyil. Çünki Şarl Mişeli, ümumiyyətlə qərbdəkiləri Qarabağdakı haylarınkı kimi, Ermənistandan ötən əsrin sonlarında  didərgin salınan azərbaycanlıların hüquq və azadlıqları da düşündürməlidir ki, biz bunu görmürük. Amma bu o demək deyil ki, haçansa  sözü gedən məsələ də gündəmə gətirilməyəcək. Bununla bağlı cənab İlham Əliyevin mövqeyi hər kəsə bəllidir, Zəngəzurdan, Göyçədən və digər yurd yerlərimizdən didərgin düşənlər öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, qayıdacaqlar da. Eyni zamanda Azərbaycandakı hayların hüquq və azadlıqları necə təmin olunursa, Ermənistandakı azərbaycanlılarınkı da o cür təmin edilməlidir. Burada artıq ikili standart işə keçməyək ki, hay havadarları da onun yaxşı fərqindədirlər. Üzərində dayanmağı önəmli saydığım ikinci məqam Avropa Birliyi Şurası Prezidentinin açıqlamasında tranzit daşınmalarına toxunarkən “Qərbi Azərbaycanla Naxçıvan, Azərbaycandan keçməklə Ermənistanın ayrı-ayrı hissələri” arasında ələqənin təminidir. Zəngilanı Naxçıvanla birləşdirəcək yol doğrudan da Qərbi Azərbaycandan keçir və bəlkə də, bu ifadə bizim üçün daha uyğundur. Çünki burada Zəngəzurun keçmişi, əgər proseslər yenidən qarşıdurma müstəvisinə keçərsə, elə həm də gələcəyi xatırladılır. Azərbaycandan keçməklə Ermənistanın ayrı-ayrı hissələri” arasında ələqəyə gəldikdə hiss olunur ki, Paşinyan və komandası Qubadlıdan keçən yolun həm Gorusdan Qafana getmək, həm də beynəlxalq daşımalar üçün vazkeçilməzliyini anlayırlar. Lap yaxşı, bu, müəyyən səbəblərdən bizim də marağımıza cavab verir və hətta Ermənistandan daha çox verir. Beləliklə, növbəti Brüssel danışıqlarının da Azərbaycanın istədiyi və diqtə etdiyi yöndə getdiyini əminliklə söyləmək olar.  Amma orada razılaşdırılan məsələlərin  reallaşdırlmasına gəldikdə, öncəki danışıqların təcrübəsi də göstərir ki,  Ermənistan rəhbərliyinin sözü ilə əməli çox vaxt üst-üstə düşmür. Və bunda onlara “kömək əli” uzadanlar da var ki, Ermənistandakı etiraz aksiyalarından, Qarabağın Rusiya hərbi kontingentinin müvəqqəti kontrolunda olan hissəsində yaşayanların “ombudsman”ı  kimi şıxış edən birinin elə Brüssel danışıqları gedən gün cənab İlham Əliyevlə Nikol Paşinyan arasında əldə olunan razılaşmanın onlar üçün keçərsizliyini bildirməsi və bunun çox operativcəsinə “Regnum” agentliyində dərcindən də açıq-aydın görünür. Ancaq o “ombudsman” da, digərləri də bilməlidirlər ki, Brüssel danışıqları Azərbaycnla Ermənistan arasında əlaqələrin gələcəyini müəyyənləşdirmək üçündü. Qarabağın Rusiya hərbi kontingentinin müvəqqəti kontrolunda olan hissəsində yaşayanlar isə  ya Azərbaycan qanunlarına tabe olacaq, ya da  oranı tərk edəcəklər. Paşinyan bu reallıqla, demək olar ki, barışıb, onlardan geosiyasi alət rolunda  faydalananlar da istəsələr də, istəməsələr də eyni addımı atacaqlar”. Millət vəkili Vüqar Bayramov qeyd edib ki, Brüsseldə Azərbaycan Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında keçirilən görüşdə Zəngəzur dəhlizinin açılması, o cümlədən həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi məsələləri ilə bağlı razılıq əldə olunub. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında deyib. Bu isə o deməkdir ki, Türk dünyasının iki liderinin telefon danışığında bütün Türk coğrafiyası üçün əhəmiyyətli olan dəhlizin açılması müzakirə olunub: “Zəngəzur dəhlizi yalnız Şərqi Zəngəzur və Qafqaz üçün deyil, daha geniş anlamda region üçün strateji əhəmiyyətə malik olacaq. Söhbət 1.1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan türk dövlətlərini strateji və iqtisadi baxımdan birləşdirəcək dəhlizdən gedir. Belə ki, Türkiyə 761.4 milyard dollar, Qazaxıstan 181.7 milyard dollar, Özbəkistan 57.9 miyard dollar, Azərbaycan 48 milyard dollar, Türkmənistan 48 milyard dollar və Qırğıxstan 8.5 milyard dollar nominal ÜDM-ə malikdirlər. Bu isə ondan xəbər verir ki, Zəngəzur dəhlizi kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək. Zəngəzur dəhlizinin istifadəyə verilməsi eyni zamanda Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi nümayiş etdirir. Bu Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq. Dəhliz Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndırəcək, ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artıracaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsi ilə birləşəcək”.

Alim

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP