Basketbolçularımız Avropa çempionatına Qaxda hazırlaşırlar

On səkkiz yaşadək oğlan basketbolçulardan ibarət yığma komandamız Qax Olimpiya İdman Kompleksində təlim-məşq toplanışını davam etdirir.

Azərbaycan Basketbol Federasiyasından bildiriblər ki, millimiz baş məşqçi Tahir Baxşıyevin rəhbərliyi altında gündə iki dəfə məşqə çıxır.

Təlim-məşq toplanışının əsas məqsədi iyulun 24-31-də San-Marinoda keçiriləcək U-18 Avropa çempionatının C divizionu çərçivəsində baş tutacaq oyunlara hazırlıqdır.

Toplanışa mayın 29-da yekun vurulacaq.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP