“Sülh müqaviləsinin imzalanması Orta Dəhlizin etibarlılığını daha da artıracaq
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması Orta Dəhlizin etibarlılığını daha da artıracaq.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Davosda Dünya İqtisadi Forumunda çıxışı zamanı deyib.
“Sülh müqaviləsinin imzalanması Orta Dəhlizin etibarlılığının daha da artması, qarşılıqlı səmərəli regional əməkdaşlıq və ilk növbədə, Cənubi Qafqazda sülhün və sabitliyin bərpası deməkdir”, – nazir deyib.
O əlavə edib ki, Azərbaycan sülh müqaviləsinin tezliklə imzalanmasının tərəfdarıdır.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP