İŞİD-dən qurtulan gənc türkmən qadının dəhşətli etirafları

“Bir qızı 4 nəfər növbə ilə zorladı”

Tikrit şəhərinin şimalındakı Əl Alam rayonundan İŞİD terrorçuları tərəfindən qaçırılan qadın xilas edilib. Qaçırıldıqdan sonra bir qarajda saxlanılan qadın başına gələn dəhşətləri danışıb: “Bizi orada evlilər və subaylar olaraq iki yerə böldülər. Beş gənc qız var idi. Gözümüzün qabağında qızları zorladılar. Bir qızı 4 nəfər növbə ilə zorladı”.

N.B. İraqda İŞİD tərəfindən qaçırılan minlərlə qadından biridir. 2014-cü ildə terrorçular tərəfindən qaçırılıb. Sonra isə xilas edilib və başına gələnləri “BBC TURK”ə anladıb.

N.B. deyib: “1500 əsgərin qətlə yetirildiyi “Speicher” bazasından xilas olanların bəziləri evimizə gəldi. Bir neçə əsgərə qadın paltarı geyindirib yola saldıq. Bəzilərinə isə ərim şəxsiyyət vəsiqəsini verib yola saldı. İŞİD onları axtaranda bir əsgəri təndirin içinə soxdum. Təndirin içi isti idi, əsgər yansa da, səsini çıxarmadı. İŞİD terrorçuları gedəndən sonra onu oradan çıxardım və yola saldım”.

Təhlükəsizlik məqsədi ilə qadının adı çəkilmir və fotosu lentə alınmayıb. Şiə türkməni olan qadının əri sünni ərəbdir. Onun əri məscid axundu olub. Sonra isə İŞİD kəndə hücum edib: “Bəsrəli 3 şiə gənc var idi. Ərim onları məsciddə gizlətdi. Bir gün gecə saatlarında İŞİD gəldi. Bizim onlara kömək etdiyimizi başa düşdülər. Ərimi apardılar. Ərimdən xəbər ala bilmədim.

Ertəsi gün yenə gəldilər və evimizi bombaladılar. Onlardan biri mənə “Sən aşura keçirirsən, deməli imam Həsəni sevirsən. Biz bunun qisasını alacağıq”-dedi. Bizə buradan getməyimizi söylədilər. Mən iki övladım, müəllimlərlə birlikdə yola çıxdıq. Yolda İŞİD bizi saxladı. Ətrafdan topladıqları qadınlarla birlikdə bizi bir qaraja apardılar. Orada 18 qadın və gənc qız var idi. Bundan başqa 4 uşaq da orada idi. Qızları gözümüzün qabağında zorladılar. Bir qızı dörd nəfər növbə ilə zorladı. Onlardan ikisi bizim qonşu ərəblər idi. Onları tanıdım. Bizim oradakı bir sünni kəndin əhalisinin çoxu İŞİD-ə qoşulmuşdu”.

Qarajda 21 gün qalan qadın çox zəiflədiklərini, tez-tez huşsuz olduqlarını bildirir. Yeməyə heç nə verməyiblər. Zorlanan qızlar ölüb. İŞİD yaşlı bir adamı qadınlara nəzarətçi təyin edir. Terrorçular gedəndən sonra yaşlı adam qadınlara su verib. Uşaqlara isə keçi südü verib: “Sonra  o adam gəldi və “sabah sizi aparacaqlar, buradan qaçın”-dedi. Bizi yola çıxardı və geri qayıtdı. Sonra isə bizə kömək edən adamı terrorçular qətlə yetirib”. Qadın sağ qalanlarla birlikdə 5 gün səhrada yol gedib. Əllərinə keçən ot-ələflə qidalanıblar. Yolda müəllimin körpəsi də dünyasını dəyişib. Bir neçə gündən sonra isə Kərkükə çatıblar. Orada “Haşdi Şabi” qruplaşması qadınları xilas edib. Qadın uşaqları ilə birlikdə Kərkükdə bibisinin yanına köçüb. Zorlanan qızı ailəsi qəbul etməyib. Qadının oğlu hələ də danışa bilmir. Aldığı psixoloji zərbələr uzun müddət onun beynindən silinməyəcək. Ölkə.az

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi