ADU-nun Konfutsi İnstitutunda tələbə seminarı: Şuşa, sən azadsan!

Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda “Şuşa, sən azadsan!” adlı tələbə seminarı keçirilib.

ADU-dan bildirilib ki, açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunan Şuşa şəhərinin zəngin inkişaf yolu keçdiyini, şəhərin Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynadığını vurğulayıb. O, Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafının ümummilli liderimiz Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu qeyd edib. R.Abbasov şəhərin inkişafına dair xüsusi qərarların məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edildiyini vurğulayıb.

Konfutsi İnstitutunda istehsalat təcrübəsi keçən Fəridə Həsənova strateji mövqeyi ilə seçilən Şuşanın Azərbaycana qarşı hərbi təcavüzə başlamış Ermənistanın silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğala məruz qaldığını, işğal dövründə şəhərdəki yüzlərlə tarix və mədəniyyət abidələrinin dağıldığını qeyd edib.

O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkəmizin mədəniyyət paytaxtı Şuşanın Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalının əzəmətindən də bəhs edib.

Seminarda ADU-da təhsil alan çinşünas tələbələr Azərbaycan və Çin mədəniyyətinin milli rəmzləri sayılan “Xarıbülbül” və “Bülbül və qızılgül” simvollarının özünəməxsusluğundan bəhs ediblər. Qeyd olunub ki, Azərbaycanda Qarabağ xanı İbrahimxəlil xanın qızı, şair Ağabəyim Ağa yaradıcılığında Xarıbülbülü tərənnüm edib. Qarabağı vəsf edən xalq mahnısı “Sarı bülbül” bu gün də məşhurdur. Azərbaycan milli geyimlərində və xalçaçılıq sənətində Xarıbülbül elementindən geniş şəkildə istifadə olunur.

Sonda ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Çinin ictimai və siyasi xadimləri Heydər Əliyev haqqında” inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi