Kürəkən qayınatasını ÖLDÜRDÜ: polis onu axtarır
Bakıda qətl hadisəsi olub.
Hadisə paytaxtın Suraxanı rayonu, Şuşa şəhərciyində qeydə alınıb.
35 yaşlı Heydərov Taleh Qara oğlu şəxsi münasibətlərin pozulması zəminində yaranmış münaqişə zamanı qayınatası, 44 yaşlı Qənbərov Qabil Mirhüseyn oğluna çoxsaylı bıçaq zərbələri vurub.
Q.Qənbərov aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.
Hadisəni törədən T. Heydərov oradan qaçıb.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP