Bazar, 20 Sentyabr 2026
Günün xəbəri, dəqiq məlumat--:--:--
Xəbər Zonası
Operativ • Dəqiq • Etibarlı
SON DƏQİQƏ
16.05.2022 11:24 · Manşet, Şou-biznes, Xəbər xətti

Axtarışa verilən Afət Fərmanqızı ölkədən getdi -VİDEO

Axtarışa verildiyi deyilən müğənni Afət Fərmanqızı Azərbaycanı tərk edib.

O, öz “Instagram” hesabında hava limanından paylaşım edib.

Belə ki, müğənni sosial şəbəkədə bunları yazıb:

“Mən həyat yoldaşımın yanına uçuram. Bəbişimlə uçuram, həkimim bizi gözləyir”.

 Ötən gün isə sosial şəbəkə hesabında “İşlərimlə bağlı Rusiyaya getməliyəm. Axtarışda olan adam xaricə gedə bilər?”, – deyə müğənni izləyicilərinə sual ünvanlamışdı.

Xatırladaq ki, Xalq artisti, tanınmış sənətçi Flora Kərimova ilə arasında olan məhkəməyə dəfələrlə gəlməyən müğənni bir neçə gün əvvəl axtarışa verildiyi qeyd olunub.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP