Dünya çempionatı İLK DƏFƏ Azərbaycanda!

Azərbaycan 2023-cü ildə taekvondo üzrə keçiriləcək dünya çempionatına ev sahibliyi edəcək.

Bununla bağlı qərar Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərovun da iştirak etdiyi Ümumdünya Taekvondo Federasiyasının İcraiyyə Komitəsinin iclasında verilib.

Beynəlxalq Olimpiya Komitəsinin İsveçrənin Lozanna şəhərindəki inzibati binasında təşkil olunan və qurumun prezidenti Tomas Baxın qatıldığı yığıncaqda əsas məsələ gələn il keçiriləcək dünya çempionatı olub. Mundial üçün 3 ölkə namizədliyini versə də, son anda Bolqarıstan geri çəkilib. Nəticədə dünya çempionatını qəbul etməyə Azərbaycan və Çin iddia edib. Səsvermə nəticəsində bu hüquq ilk dəfə ölkəmizə verilib. 2024-cü ildə baş tutacaq Paris Yay Olimpiya Oyunları öncəsi mundiala Bakı ev sahibliyi edəcək. 2023-cü ildə paytaxtımızda keçiriləcək yarış may ayının sonuna planlaşdırılır.

Sayca 26-cı dünya çempionatı Azərbaycan üçün daha bir əlamətdar hadisə ilə yadda qalacaq. Bakıdakı yarış Ümumdünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edəcəyindən yubiley ölkəmizdə qeyd olunacaq. Bu səbəbdən də mundial əvvəlkilərdən fərqlənəcək və paytaxtımıza fəxri qonaqların gələcəyi gözlənilir.

Ümumdünya Taekvondo Federasiyasının İcraiyyə Komitəsinin bu qərarı isə təsadüf deyil. Beynəlxalq qurumlarla sıx əməkdaşlıq edən və daim onların etimadını qazanan Azərbaycan Taekvondo Federasiyası bunadək bir sıra dünya səviyyəli yarışlara da uğurla ev sahibliyi edib. Paytaxtımız Avropa çempionatı, Qran-pri, Olimpiadaya lisenziya xarakterli təsnifat turnirlərini uğurla keçirib.

Dünya çempionatına MDB ölkələri arasında ev sahibliyi edəcək ikinci ölkə Azərbaycan olacaq. Bunadək bu hüquq yalnız Rusiyaya  verilib. Ölkəmiz mundialı qəbul edəcək Avropa ölkələri arasında isə 7-ci olacaq. Azərbaycana qədər Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniya dünyanın ən güclü taekvondoçularının mübarizəsinə ev sahibliyi edib.

Qeyd edək ki, bu il dünya çempionatı noyabrda Meksikanın Kankun şəhərində təşkil olunacaq.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi