Sülh danışıqlarına alternativ yoxdur

Azərbaycan və Ermənistan rəhbərlərinin Brüsseldə keçirilmiş son görüşündə iki ölkə arasında münasibətlərin normallaşdırılması üzrə çox vacib razılaşmalar əldə olunmuşdu. Aİ Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə baş tutmuş danışıqlar zamanı aprel ayının sonunadək hər iki ölkə sərhədlərin delimitasiya və demarkasiyası üzrə işçi qrupları yaratmalı və XİN səviyyəsində Sülh Müqaviləsi üzrə danışıqlara başlamalı idilər. Lakin Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan belə bir işçi qrupunun hələ də yaradılmadığını bildirir, üstəlik Sülh Müqaviləsi üzrə Azərbaycan tərəfinə hansısa yeni təkliflərin təqdim olunmasından danışır. Onun öz müsahibəsində istinad etdiyi bu təkliflərin mətni hələlik açıqlanmayıb və ona görə də bu təkliflərin nə qədər konstruktiv olması haqqında fikir yürütmək çətindir. Lakin son 30 il ərzində aparılmış danışıqların təcrübəsindən bizə yaxşı məlumdur ki, bu kimi addımlarda Ermənistan rəhbərliyi  həmişə konstruktivlikdən uzaq olub. Hətta zaman-zaman yüksək səviyyədə keçirilmiş danışıqlar zamanı hər hansı bir müsbət razılaşma oldqda belə, daha sonra Ermənistan rəhbərliyi  müxtəlif bəhanələrlə öz vədinə əməl etməkdən boyun qaşırıb. Bu dəfə də Ermənistanın Brüsseldə əldə olunmuş razılaşmalara əməl edib-etməyəcəyi hələlik sual altındadır.

Amma alternativ yolun olmadığı da bəllidir. Hazırda Ermənistanda baş verən daxili toqquşmalar erməni cəmiyyətində ölkənin taleyi ilə bağlı ictimai-siyasi konsensusun olmadığını göstərir. Doğrudur, iqtidar və müxalifət qüvvələrinin qarşıdurmasındsa əsas məsələ ölkənin gələcək taleyi yox, siyasi hakimiyyətin əldə saxlanılması və ya əldə edilməsi kimi dar çərçivəli partiya maraqları durur. Bunun da bir çox səbəbləri var. Onların bir qismi müxalifətin gələcək taleyi ilə bağlıdır.  Ermənistan müxalifəti anlayır ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin  normallaşması, diplomatik münasibətlərin bərpa edilməsi iki ölkə arasında  real əməkdaşlığa gətirib çıxara bilər. Bu baş verərsə, hakimiyyətdə olduqları dövrlərdə törətdikləri çoxsaylı cinayətlərə görə təkcə Ermənistanın yeni rəhbərliyi qarşısında yox, həm də Azərbaycan dövləti qarşısında məsuliyyət  daşımalı olarlar. Buna görə də necə olursa olsun, siyasi hakimiyyəti ələ keçirmək  və iki ölkə arasında münasibətlərin normallaşmasının qarşısını almağa cəhd göstərirlər. Lakin tarixin geriyə dönüşü olmadığı kimi, keçmiş cinayətkar xuntanın da bir daha siyasi hakimiyyətə yiyələnmək imkanları yoxdur. Bunu 30 il ərzində yeni ərazilər qazanmaq və onları hər hansı bir yolla legitimləşdirmək xəyalı ilə yaşamış və sonda ümidləri puç olmuş erməni cəmiyyəti də artıq başa düşüb.

Sülh danışıqlarına törədilən maneçilik, sərhədlərin delimitasiya prosesinin ləngidilməsi ilk növbədə Ermənistanda ictimai-siyasi sabitliyin və nəticə etibarilə ölkənin hansısa bir nöqtədən başlayaraq konstruktiv istiqamətdə inkişafının qarşısını alır. Ölkədə depopulyasiya prosesləri güclənir və qapalı iqtisadiyyat durğunluq bataqlığından çıxa bilmir. Ermənistan öz müstəqilliyini elan etdikdən sonra nəhayət özünü dünya birliyinin məsuliyyətli bir üzvü kimi aparmalı və anlamalıdır ki, belə bir çıxılmaz vəziyyətdə  sülh danışıqlarına alternativ ikinci bir çıxış yolu yoxdur. Əks halda işğal etdiyi torpaqları itirdiyi kimi, formal olaraq hələ 1991-ci ildə elan etdiyi dövlət müstəqilliyini də tamamilə itirə bilər.

Cavanşir Feyziyev

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib