“Azərbaycan dövləti üçün yeni idarəçilik və iqtisadi mərhələ başlayır”

Prezident İlham Əliyevin mayın 4-də   Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonuna prezidentin   xüsusi nümayəndəsinin təyin olunması ilə bağlı  açıqlama verən “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, ölkə prezidentinin Zəngəzur iqtisadi rayonuna təyin olunmuş xüsusi nümayəndə ilə söhbətini və ona tövsiyələrini müstəqil Azərbaycan dövləti adından Şərqi Zəngəzur adı altında qruplaşmış Azərbaycan bölgələrinin inkişafı naminə verilən ilk tövsiyə və tapşırıqlar kimi dəyərləndirmək olar. Çünki işğaldan azad olunmuş və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan rayonlarda  Azərbaycan dövlətinin adından ilk dəfə olaraq  sosial, iqtisadi, proqramların həyata keçirilməsi prosesinə başlanılır:

”  Bu mənada Şərqi Zəngəzur iqtisadi zonasının xüsusi nümayəndəsinə verilən tapşırıqların həm cari taktiki, həm də strateji əhəmiyyəti var. Cari taktiki nöqteyi- nəzərdən yanaşsaq, onun qarşısında qoyulan vəzifələrin ən yaxın dövrlərdə icra olunması, yerinə yetirilməsi, sözsüz ki,   həmin bölgələrin inkişafında öz  təsirlərini  göstərəcək. Əks halda biz sadəcə  illəri itirmiş ola bilərik. İkincisi unutmayaq ki, Şərqi Zəngəzur iqtisadi rayonuna ilk dəfə olaraq Azərbaycan dövlətinin adından xüsusi nümayəndə təyin olunur və həmin xüsusi nümayəndənin öz vəzifəsinin səlahiyyətlərinin öhdəsindən hansı səviyyədə gəlməsi artıq gələcəkdə bu bölgədə görüləcək işlərin bir növ təməlini  yaradacaq.  Daha dəqiq desək,  Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Şərqi Zəngəzur bölgəsinin ilk xüsusi nümayəndəsinin görəcəyi işlər gələcəkdə bu regionda növbəti xüsusi nümayəndələrin görəcəyi işlər üçün olduqca böyük əhəmiyyət kəsb edir. Prezident əslində xüsusi nümayəndənin bu bölgədə, xüsusilə iqtisadi sahədə görəcəyi işlərin çərçivəsini təqdim etdi. Azərbaycanın bu bölgələrinin iqtisadi xüsusiyyətlərinin öyrənilməsi ən qabarıq təzahürlərini özündə əks etdirir. Hər kəs bilir ki,  Azərbaycanın bu bölgələri həm heyvandarlıq, maldarlıq, həm də əkinçilik üçün nisbətən əlverişli bölgələrdir. Bu bölgələrdə xüsusilə də, heyvandarlığın və maldarlığın inkişaf etdirilməsi ölkənin aqrar sektoruna əlavə tövhələr və  qatqılar verə bilər. Bu nöqteyi- nəzərdən həmin rayonların maldarlıq və heyvandarlıq potensiallarının lazımi səviyyədə üzə çıxarılması, prezidentin də dediyi kimi xüsusi nümayəndənin qarşısında duran böyük vəzifələrdən biridir. Təbii ki, ölkəmizin iqtisadi inkişafında öz izlərini göstərəcək. Bundan başqa xüsusi nümayəndənin qarşısında qoyulan 30 illik işğal dövründə Ermənistanın həmin bölgələrdə məhv etdiyi bizim təbii ehtiyatlarımız və ekologiyamıza vurduğu ziyanların hesablanması üçün lazımi addımların atılması da olduqca əhəmiyyətlidir.  Ona görə ki, Azərbaycanın beynəlxalq hüquq instansiyaları qarşısında Ermənistana və Ermənistanın bayrağı altında 30 illik dövrdə bizim təbii ehtiyatlarımızı istismar etmiş müəyyən beynəlxalq şirkətlərə qarşı iddia işlərinin qaldırılması olduqca əhəmiyyətlidir və bu  iddia işlərinin nə qədər tutarlı olacağı ilk növbədə  xüsusi nümayəndənin həmin bölgələrdə bu istiqamətdə  görəcəyi işlərdən asılı olacaq. Yəni  beynəlxalq şirkətlərin erməni təcavüzkarlarının bizim ölkəmizin həmin hissəsinin təbii ehtiyatlarına,  ekologiyasına vurduğu ziyanların nə qədər dəqiq hesablanması Azərbaycan dövlətinin xeyrindədir. Təbii ki, təcavüzkar dövlətə və beynəlxalq şirkətlərə qarşı qaldıracağımız kompensasiya iddialarının əsasını təşkil edəcək. Bu mənada xüsusi nümayəndənin  fəaliyyəti həm həmin bölgələrdə ölkəmizin aqrar sektorunun inkişafında yeni bir mərhələ aça bilər, həm də beynəlxalq instansiyalar qarşısında Ermənistana qarşı kompensasiya davalarının açılması üçün yerlərdə lazım olan işlərin görülməsində böyük əhəmiyyət daşıyır. Bu strateji əhəmiyyətli təyinatdır. Bu  həm  də  ölkədə yerli icra hakimiyyəti sistemlərinin dəyişdirilməsinə dəlalət edir, ona görə ki, artıq ölkəmiz icra hakimiyyəti sistemindən xüsusi nümayəndəliklər   idarəetmə sisteminə keçid mərhələsindədir. Bu mərhələnin nə qədər uğurlu olacağı,  vəzifəyə təyin olunmuş xüsusi nümayəndənin fəaliyyətindən müəyyən qədər asılı olacaq. Ona görə ki, xüsusi nümayəndə həm xüsusi nümayəndəlik institutunun bu sahədə özünü necə doğruldacağı mənasında məsuliyyət daşıyır, həm də bir neçə il bu vəzifədə işləyəcəyi dövrdə həmin bölgənin, xüsusilə də aqrar sektorun inkişafında verə biləcəyi töhvələr üçün məsuliyyət daşıyır. Hər halda Azərbaycan dövləti üçün yeni idarəçilik və iqtisadi mərhələ başlayır”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib