Məktəbdə şalvar QALMAQALI: Direktor Təhsil Nazirliyinə qarşı – AUDİO

Bu günlərdə sosial şəbəkələrdə daha bir məktəb direktorunun qalmaqallı səs yazısı yayıldı. Bu dəfə məşhurlaşan direktor Fatma Bayramova Sumqayıt şəhər 14 nömrəli məktəbinə rəhbərlik edir. Yenə də direktor öz işçiləri – Azərbaycan müəllimi ilə alçaldıcı tonla danışır və hətta onları şagirdlərin yanında biabır edəcəyi ilə hədələyir.

Bu dəfə məktəb direktorunu “özündən çıxaran” müəllimlərin geyim formasıdır. Fikirlərini şəxsiyyətin təhqiri formasında ifadə edən direktor müəllimənin məktəbə şalvar geyinib gəlməsinə qarşı çıxır.

Direktorun yeni əmri isə, qalmaqala səbəb olur. Çünki o həddini aşaraq, Təhsil Nazirliyinin bu barədə qəbul etdiyi qaydalara qarşı çıxır.

Təhsil Nazirliyinin hələ 2000-ci ildə verdiyi “Təhsil işçilərinin korporativ geyim tərzi” təlimatında müəllimlərin məktəb daxilində necə geyinməli olduqları açıq şəkildə göstərilir.

Orada göstərilir ki, müəllim qara klassik şalvar geyinə bilər.

Başa düşüləndir ki, müəllim qoyulan qaydalar çərçivəsində geyinib təhsil ocağına gəlməlidir. Amma müəllim bizim gələcəyimizi hazırlayır. Onu şagirdlər içərisində biabır etməklə bağlı elə şantaj etmək qəbuledilməzdir.

Başa düşülməyən məsələ isə odur ki, məktəb direktorları geyim tərzi seçə bilməz. Hələ bəzi direktorlar hicabda olan, saat taxan, şalvar geyinən müəllimi təhqir edir və məktəbə girişinə qadağa qoyur.  Bu səlahiyyəti onlara kim verib?

Təlimatda geyinilməsi qadağan olunanlar

Rəsmi qaydada öz təsdiqini tapmış məktəb müəllimlərinin geyim formaları var. Düzdür, bu qaydalara əməl etməyən müəllimləri direktor təlimatlandırmalıdır. Amma belə yox…


Qeyd edək ki, təlimatda həmçinin bildirilir ki, həftə sonları, yəni, dərsdən kənar məktəbə gələn müəllimlər istədikləri geyimdən istifadə edə bilərlər.

Sosial şəbəkələrdə yayılan direktorun səsini təqdim edirik: 

# # #
  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi