Avstriya Azərbaycandan qaz tədarükünə ümid edir

Avstriyanın Rusiyadan qaz tədarükünü dayandırması illər çəkə bilər.

Bunu Avstriyanın kansleri Karl Nehammer “OE24.TV” telekanalına müsahibəsində deyib.

Kansler hesab edir ki, Avstriyanın Rusiya qazından imtinası üçün “beynəlxalq qaz bazarında [qazın] mövcudluğundan asılı olaraq” bir neçə il lazım olacaq. Onun sözlərinə görə, Ukraynadakı hadisələr başlayandan bəri Energetika Nazirliyinin mütəxəssisləri Avstriyanın OMV neft-qaz şirkəti ilə birlikdə iki aydır ki, Avstriyanın Rusiya qazından asılılığını azaltmaq üçün çalışırlar.

“Mən sabahdansa bu gün imtina etməyi üstün tuturam – amma bu real deyil. İndi biz Almaniya, Macarıstan və digər ölkələrlə qaz embarqosuna qarşı maraq qrupu yaratmışıq, lakin eyni zamanda asılılığı azaltmalıyıq”, – deyə K.Nehammer bildirib.

Kansler qeyd edib ki, Rusiya qaz tədarükünü dayandırmaq qərarına gəlsə, Avstriyadakı qaz ehtiyatı yalnız iki ay yarım üçün bəs edə bilər. “Energetika naziri OMV şirkəti ilə birlikdə yeni tədarük mənbələri axtarır, məsələn, Azərbaycandan. Ancaq yenə də ən yaxşı ssenari – tədarükün dayanmamasıdır”, – deyə K.Nehammer əlavə edib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi