“Liverpul” “Real”a rəqib oldu

“Monako”nun yarımmüdafiəçisi Orelyen Tçuameni daha bir klubun maraq dairəsinə düşüb.

İndi də “Liverpul” Fransa millisinin üzvünü heyətinə cəlb etmək niyyətindədir.

“Qırmızılar” 22 yaşlı yarımmüdafiəçi uğrunda “Real”la mübarizə aparmağa hazırdır. Madridlilər bu keçiddə favorit sayılır. Ancaq “Liverpul” mümkün transferi müzakirə etmək üçün oyunçunun nümayəndələri ilə əlaqə saxlayıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP