Hərbçilərin pensiyası BELƏ HESABLANACAQ

“Sonradan hərbi xidmətə qəbul edilmiş pensiyaçının və hərbi rütbəli şəxslərin pensiyası son təminat xərcliyinə görə yenidən hesablanaraq artırılacaq”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Musa Quliyev bildirib ki, ümumiyyətlə, dəyişikliklərin hamısı pozitiv dəyişikliklərdir: “Qanuna dəyişikliklər vətəndaşların pensiyaya çıxma şərtlərinin yumşaldılmasına şərait yaradan dəyişikliklərdir”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP