Sərhəddə külli miqdarda narkotik vasitə ələ keçdi

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Sərhəd Xidmətindən verilən məlumata görə, aprel ayının 21-də saat 22:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara şəhəri ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində Xəzər dənizinin sahilində “Opel Astra” markalı 99-RJ-503 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması və içərisindən iki nəfərin düşərək sahibsiz yarımtikilidən 1 ədəd bağlama götürməsi sərhəd naryadının diqqətini cəlb etmişdir.

Ərazidən uzaqlaşmağa cəhd edən şəxslər sərhəd naryadı tərəfindən saxlanılmış, onların Bakı şəhər sakinləri 1994-cü il təvəllüdlü Albabayev Ramal İsrail oğlu və Bəxtiyarov Hüseyn Əlixan oğlu olmaları müəyyənləşdirilmişdir. Saxlanılma zamanı R.Albabayev sərhədçilərə bıçaqla müqavimət göstərməsinə baxmayaraq sərhədçi zabitlər peşəkarlıq nümayiş etdirərək cinayətkarı tərksilah etməyə nail olmuşlar.

Nəqliyyat vasitəsini sərhədçilərin üzərinə sürərək hadisə yerindən uzaqlaşmağa cəhd göstərən avtomobilin sürücüsü həyata keçirilmiş tədbirlər nəticəsində saxlanılmışdır. Onun Bakı şəhər sakini 1991-ci il təvəllüdlü İbrahimov Sultan Qabil oğlu olması müəyyən edilmişdir.

Saxlanılmış şəxslərin üzərilərində aşkarlanmış bağlamaya baxış zamanı  3 bükümdən 7 kiloqram 755 qram “marixuana”ya bənzər narkotik vasitə götürülmüşdür.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi