Türkiyə təyyarələrdə təhlükəsizliyi gücləndirir

Türkiyənin avianəqliyyat strukturunda bəzi aviareyslərin Daxili İşlər Nazirliyinin silahlı əməkdaşları tərəfindən müşayiət olunmasını nəzərdə tutan yeni təhlükəsizlik sisteminin tətbiqi planlaşdırılır.

Bunu Türkiyənin nəqliyyat, gəmiçilik və rabitə naziri Əhməd Arslan deyib.

Onun sözlərinə görə, hazırda Türkiyə qanunvericiliyi təyyarədə hər hansı bir silahlı şəxsin olmasına icazə vermir.