Fransada prezident seçkilərinin ikinci turunun vaxtı məlum olub
Fransada prezident seçkilərinin ikinci turu aprelin 24-də keçiriləcək.
Növbəti turda 2 namizəd – hazırki prezident Emmanuel Makron və ifrat sağçı Milli Cəbhə Partiyasının rəhbəri Marin Le Pen mübarizə aparacaq.
Fransada 5-ci Respublikanın (1958) tarixində ikinci, son 40 ildə isə birinci dəfə dövlət başçısı ikinci turda müəyyənləşir.
“Figaro”nun xəbərinə görə, rəy sorğuları növbəti turda Makronun 51-54%, Le Penin isə 46-49% səs toplayacağını deməyə əsas verir.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP