Şarl Mişel Azərbaycan Prezidenti və Ermənistan Baş naziri ilə görüşün yekununa dair bəyanat yaydı – TAM MƏTN

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla ikinci üçtərəfli görüşün yekunlarına dair bəyanat yayıb.

Avropa İttifaqı Şurasının mətbuat xidmətinin verdiyi xəbərə görə, bəyanatda qeyd olunub ki, Aİ Şurasının prezidenti Şarl Mişel Cənubi Qafqaz regionundakı vəziyyətin müzakirəsini davam etdirmək və hər iki ölkə ilə Aİ əlaqələrini inkişaf etdirmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanı qəbul edib.

Aİ Şurası prezidenti gərginliyin aradan qaldırılması üçün sıx əməkdaşlıq etmək və regionda yaşayan bütün insanların rifahı naminə təhlükəsiz, sabit, dinc və firavan Cənubi Qafqazın qurulmasına kömək etmək məqsədilə Aİ-nin Ermənistan və Azərbaycan ilə əməkdaşlığını dərinləşdirməyə sadiqliyini təsdiqləyib.

“Liderlər 2021-ci ilin dekabrında Brüsseldə keçirdikləri son görüşdən və 2022-ci ilin fevralında prezident Makronla videokonfransdan sonra baş verənlər ətrafında fikir mübadiləsi aparıblar. Onlar üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsinin gedişatını nəzərdən keçiriblər. Tərəflər gərginliklə bağlı son məlumatları müzakirə edib və 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına tam əməl olunmasının zəruriliyini bir daha təsdiqləyiblər. Onlar 2022-ci il martın 30-da Aİ-nin himayəsi altında Brüsseldə Ermənistan və Azərbaycanın yüksək səviyyəli nümayəndələrinin görüşünü alqışlayıblar və liderlər səviyyəsində əldə olunmuş razılaşmaların lazımi səviyyədə həyata keçirilməsini təmin etmək üçün bu qarşılıqlı fəaliyyətin davam etdirilməsinin zəruriliyi barədə razılığa gəliblər,” deyə bəyanatda vurğulanıb.

Aİ Şurası prezidenti etimad və birgəyaşayışı təşviq etmək üçün hər iki tərəfdən humanitar jestlərin vacibliyini vurğulayıb. O, bütün həll edilməmiş humanitar məsələlərin, o cümlədən saxlanılanların azad edilməsi və itkin düşənlərin probleminin hərtərəfli həllinin tam və tezliklə həllinin vacibliyini vurğulayıb.

O, həmçinin Aİ-nin bu səyləri dəstəkləməyə hazır olduğunu bildirib: “Aİ, həmçinin Azərbaycan və Ermənistan arasında etimadın möhkəmləndirilməsi tədbirlərini, habelə humanitar minatəmizləmə səylərini, o cümlədən ekspert məsləhətinin verilməsi və maliyyə yardımının artırılması, habelə münaqişədən zərər çəkmiş əhaliyə yardım, reabilitasiya və yenidənqurma işləri yolu ilə dəstəkləməyə davam edəcək.”

Prezident Mişel həm Azərbaycan Prezidenti İlham Əliyevin, həm də Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkələr arasında sülh sazişinə doğru sürətlə irəliləmək istəyini qeyd edib. Bu məqsədlə xarici işlər nazirlərinə bütün zəruri məsələləri həll edəcək gələcək sülh müqaviləsinin hazırlanması ilə məşğul olmağın tapşırılması razılaşdırılıb: “Sərhədlərinin delimitasiyası və demarkasiyası vacib olacaq; bu məqsədlə 26 noyabr 2021-ci il tarixli Soçi Bəyanatına uyğun olaraq aprelin sonuna qədər Birgə Sərhəd Komissiyasının çağırılması da qərara alınıb. Birgə Sərhəd Komissiyasının mandatı aşağıdakılardan ibarət olacaq: Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və sərhəd boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətini təmin etmək.”

Aİ Şurası Prezidenti həmçinin vurğulayıb ki, qüvvələrin düzgün məsafədə saxlanmasının təmin edilməsi insidentlərin qarşısının alınmasında və gərginliyin azaldılmasında mühüm elementdir. Prezident Mişel Aİ-nin məsləhət və dəstək verməyə hazır olduğunu təsdiqləyib: “Liderlər həmçinin Ermənistanla Azərbaycan arasında, xüsusən də Cənubi Qafqazda kommunikasiya/əlaqə infrastrukturunun bərpasını müzakirə ediblər.”

Prezident Mişel dəmir yolu xətlərinin bərpası istiqamətində atılan addımları alqışlayıb, eyni zamanda Ermənistan və Azərbaycanı yol əlaqələrinin bərpası üçün effektiv həll yolları tapmağa çağırıb. Aİ İqtisadi və İnvestisiya Planına uyğun olaraq və ümumi layihələri müəyyən etmək üçün təklif olunan iqtisadi məsləhət forumundan istifadə etməklə kommunikasiya kanallarının inkişafına dəstək verməyə hazırdır.

“Liderlər görüşün nəticələrini izləmək və qarşılıqlı əlaqəni davam etdirmək barədə razılığa gəliblər”, – deyə bəyanatda bildirilir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib