Güləşçilərimiz Avropadan çempion kimi qayıtdı -FOTO

Azərbaycanın Avropa çempionu olmuş  yunan-Roma güləşi üzrə milli komandası Vətənə qayıdıb.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idmançıları Azərbaycan Güləş Federasiyasının təmsilçiləri, ictimaiyyət nümayəndələri, media mənsubları, güləşçilərin yaxınları qarşılayıblar.

Qeyd edək ki,  Macarıstanın paytaxtı Budapeştdə  Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandası Avropa çempionatında ümumi hesabda 165 xalla 1-ci yeri tutub. Türkiyə 150 xalla 2-ci, Gürcüstan isə 114 xalla 3-cü yeri tutub.

Bundan başqa, Azərbaycan yığması medal sayında da hamını üstələyib. Avropa çempionatında 8 medal qazanan komandanı Türkiyə 7, Gürcüstan 5 medalla təqib edib.

Medal əyarında isə 1-ci yeri 3 qızıl, 1 gümüş, 3 bürünc medal qazanan Türkiyə tutub. Azərbaycan millisi 2 qızıl, 1 gümüş, 5 bürünc medalla 2-ci, Gürcüstan 1 qızıl, 3 gümüş, 1 bürünc medalla 3-cü olub.

Qeyd edək ki, yığma üzvlərindən Eldəniz Əzizli (55 kq) və Rafiq Hüseynov (82 kq) qızıl, Taleh Məmmədov (63 kq) gümüş, Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) bürünc medala sahib çıxıb.

Ümumilikdə isə Azərbaycan komandaları Avropa çempionatında 16 medal əldə edib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi