“Hacker blockchain” şəbəkəsindən 625 milyon dollar vəsait oğurladı

Kütləvi informasiya vasitələri baş vermiş bu hadisəni artıq mərkəzləşdirilmiş şəbəkələr sahəsinin ən böyük oğurluğu hesab edirlə Maraqlısı ondadır ki, blockchain şəbəkəsinin sahibləri baş vermiş oğurluq barəsində yalnız 1 həftədən sonra xəbər tutublar.

Xarici KİV-lər bildirir ki, həmin müddət ərzində isə oğurlanmış vəsaitlər kənar elektron portmanata köçürülüb. Hacker tərəfindən kiberhücum Ronin adlı sidechain-ə (blockchain-in bir növüdür və bitcoin şəbəkəsindn öz üstünlükləri və funksiyaları ilə fərqlənir) edilib. Sözügedən sidechain isə öz növbəsində Axie Infinity adlı oyunda istifadə edilir. Hadisə 23 mart tarixində baş versə də sidechain sahibləri onun barəsində yalnız 29 mart tarixində xəbər veriblər. İstifadəçilərdən biri qeyd etmişdi ki, o, 5000 ədəd ETH-u (ethereum) kənar elektron portmanata köçürə bilmir. Məhz bundan sonra kiberhücum faktı aşkar edilmişdi.

Ümumilikdə isə hacker mövcud olan məzənnə üzrə 600 milyon dollar dəyərində 173.000 ETH və dollar ilə eyni məzənnə göstəricisinə sahib 25.5 milyon ədəd USDC tokeni oğurlayıb. Reallaşdırılmış kiberhücum çərçivəsində 9 ədəd validator (hansısa sənədi, məlumatlar axınını və ya kodun fraqmentini müəyyən formata uyğunluğu ilə hansısa sənədin və ya faylın sintaksis düzgünlüyünü yoxlayan kompüter proqramı) əsasında olan təhlükəsizliik sistemindən yan keçilib. Sidechain-dən istifadə üçün 5 açardan istifadə kifayət edib. Onlardan 4-ü Ronin sidechaininə sahib Sky Mavis adlı şirkətin məlumatlar bazasından, 1-i isə RPC (Remote Procedure Call) protokolu üzrə kənar resursdan əldə edilib.

Sidechainin sahibləri bildiriblər ki, oğurlanmış vəsaitlərin böyük hissəsi kimliyi bilinməyən şəxsin elektron portmanatında yerləşir. Sky Mavis şirkətinin təmsilçiləri qeyd ediblər ki, onlar artıq bu məsələni hüquq-mühafizə orqanlarının köməkliyi ilə araşdırırlar və istifadəçilərin vəsaitlərinin itməməsi üçün əllərindən gələni edirlər. Onlar həmçinin qeyd ediblər ki, Anxie Infinity oyununun oyundaxili kriptovalyutası ilə NFT tokenləri oğurlanmayıb. Analitiklər bu oğurluğu mərkəzləşdirilmiş şəbəkələr sahəsinin ən böyük oğurluğu hesab edirlər. Daha öncəki rekord Poly Network şəbəkəsinin hack edilməsi zamanı əldə edilmişdi. Belə ki, Poly Network-un hack edilməsi çərçivəsində hacker 611 milyon dollar vəsait oğurlamışdı. Lakin daha sonra oğurlanmış vəsaitlər geri qaytarılmışdı.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib