Xəyanəti 500 minlik üzük yudu
Gecə klubunda iki qızla əylənərkən görüntülənən “Qalatasaray”lı futbolçu Səlcuk İnan həyat yoldaşı Cemrenin könlünü ələ almağı bacarıb . Ərinin ona qarşı xəyanətindən xəbər tutan Cemre xaricdəki tətilini yarımçıq qoyaraq İstanbula qayıdıb. Cütlüyün arasında yaşanan mübahisədən sonra ailələri məsələyə müdaxilə ediblər.
Mübahisənin sonu barışıqla nəticələnib. Səlcuk Cemrəyə 500 min lirəlik (təxminən 250 min manat) brilyant üzük bağışlayıb.