Sərbəst güləşçilərimiz Avropa çempionatına 1 qızıl və 3 gümüş medalla start veriblər

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatı davam edir.

Qitə birinciliyində 57, 65, 70, 79 və 97 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər arasında qaliblər müəyyənləşib.

Güləşçimiz Əliabbas Rzazadə (57 kq) təsnifat mərhələsində İspaniya təmsilçisi Levan Metreveliylə 7:0 hesabı ilə qalib gəlib. Astara güləş məktəbinin yetirməsi daha sonra bolqarıstanlı Mikyay Salim Naimi üstələyib – 9:6. Ə.Rzazadə yarımfinalda gürcüstanlı Beka Bujiaşviliylə qarşılaşıb. Görüşün əvvəlindən təşəbbüsə yiyələnən həmyerlimiz rəqibinə göz açmağa imkan verməyib. Elə ilk hissədə tam üstünlüklə (10:0) qələbə qazanan Ə.Rzazadə debüt etdiyi Avropa çempionatının finalına yüksəlib. Təmsilçimiz həlledici görüşdə Vladimir Yeqorovla (Şimali Makedoniya) qarşılaşıb. Rəqib 8:0 hesabı ilə önə çıxsa da, görüşün sonlarında həmyerlimiz daha fəal güləşərək fərqi azaldıb. Ancaq yekunda 6:8 hesablı məğlubiyyətlə barışan Ə.Rzazadə gümüş medala sahib çıxıb.

Yarışın reytinq favoriti olan Hacı Əliyev (65 kq) mübarizəyə dörddəbir finaldan qoşulub. Millimizin lideri bu mərhələdə türkiyəli Munir Aktaşı 12:6 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Titullu güləşçimiz final yolunda moldovalı Maksim Sakultanı sınağa çəkib. Rəqib əvvəlcə 2 xal qazansa da, təcrübəli pəhləvanımızın geridönüşü möhtəşəm alınıb. H.Əliyev rəqibini vaxtından əvvəl məğlubiyyətə uğradaraq (12:2) dördüncü dəfə Avropa çempionatının finalına yüksəlib. Onun titul yolunda son rəqibi yerli publikanın sevimlisi İsmayıl Musikayev (Macarıstan) olub. Macarıstan təmsilçisi finaldan qalib (12:1) ayrılıb və H.Əliyev qitə birinciliyini gümüş medalla başa vurub. Bu, onun Avropa çempionatlarında 4-cü medalı olub.

Zirəddin Bayramov (70 kq) səkkizdəbir finalda macar Daniel Antaldan güclü olub – 10:6. Şəmkir güləş məktəbinin yetirməsi Şimali Makedoniyadan olan Fati Veyselini də xalçadan məyus yola salıb – 9:4. Gənc pəhləvanımız finalın bir addımlığında gürcüstanlı Zurabi Yakobişvili ilə güləşib. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada Z.Bayramov son saniyələrdə qələbəni əldən verib – 3:4. Güləşçimiz bürünc medal uğrunda mübarizə aparıb. Bolqarıstanlı Ramazan Ramazanovla görüşün ilk hissəni Z.Bayramov 6:0 hesabı ilə öndə tamamlayıb. Ancaq ikinci hissədə aldığı ağır zədə məğlubiyyətlə (7:11) nəticələnib.

Əşrəf Aşırov (79 kq) ilk mərhələdə bolqar Miroslav Kirova heç bir şans tanımayıb – 9:0. Həmyerlimiz dörddəbir finalda ermənistanlı Arman Avaqyana tam üstünlüklə (11:0) qalib gələrək adını yarımfinala yazdırıb. Ə.Aşırovun növbəti rəqibi gürcü Vladimeri Qamkrelidze olub. Görüşə Gürcüstan təmsilçisi daha yaxşı başlayıb və 4 xalla irəli çıxıb. Ancaq əsl əzmkarlıq nümayiş etdirən Ə.Aşırov təşəbbüsə yiyələnərək qazandığı ardıcıl xallarla hesabı lehinə dəyişib. Sonadək üstünlüyü əldən verməyən güləşçimiz finala vəsiqə qazanıb. Həmyerlimiz qızıl medal uğrunda görüşdə yunanıstanlı Georgios Kuqiumtsidislə güləşib. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada rəqibinə minimal fərqlə (6:7) uduzan Ə.Aşırov ölkəmizə üçüncü gümüş medalı qazandırıb.

Maqomedxan Maqomedov (97 kq) Avropa çempionatına litvalı Lukas Krasauskas üzərində qazandığı inamlı qələbə ilə (12:2) start verib. Təmsilçimiz dörddəbir finalda Gürcüstanın təcrübəli güləşçisi Elizbar Odikadzeni məğlub edib – 14:7. M.Maqomedov yarımfinalda polşalı Zbiqniev Mateuş Baranovskiylə qarşılaşıb. Gərgin keçən görüşdə rəqibini 6:4 hesabı ilə məğlub edən təmsilçimiz Avropa çempionatının finalına yüksələn dördüncü güləşçimiz olub. Millimizin üzvü finalda Macarıstan təmsilçisi Vladislav Baytsayevlə üz-üzə gəlib. Görüşün əvvəlindən sonunadək üstün tərəf olan M.Maqomedov 11:5 hesabı ilə qalib gələrək Avropa çempionu olub. Mükafatlandırılma mərasimində sərbəst güləş üzrə millimizin üzvünə qızıl medalı Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyev təqdim edib.

Beləliklə, sərbəst güləşçilər Avropa çempionatına 1 qızıl və 3 gümüş medalla start verib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi