Çernobıl Atom Elektrik Stansiyasında elektrik enerjisinin verilişi bərpa edilib.
Bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Tvitter səhifəsində məlumat yayılıb.
“Elektrik təchizatı xətti növbəti dəfə zədələndikdən sonra xarici enerji təchizatı yenidən bərpa olunub”, – deyə məlumatda deyilir.
Xatırladaq ki, hazırda davam edən Rusiya-Ukrayna müharibəsində martın 9-da Çernobıl Atom Elektrik Stansiyasının enerjisi tamamilə kəsilmişdi.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP






