Rusiyanın bu nazirliklərinin saytları sındırıldı

Hakerlər Rusiya Federal Penitensiar Xidmətinin, Mədəniyyət Nazirliyinin, “Rosstat”ın və digər dövlət idarələrinin saytlarını sındırıblar.

Hələlik heç bir tanınmış haker qrupu hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Hücum nəticəsində xüsusilə Mədəniyyət Nazirliyi, Energetika Nazirliyi, “Rosstat”, “Roskomnadzor”, Federal Antiinhisar Xidməti, Federal Penitensiar Xidmətinin saytları sındırılıb və əsas səhifələrdə müharibə əleyhinə şəkillər yerləşdirilib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP