2025-ci ilə qədər Qarabağa bir milyona yaxın turistin səfəri gözlənilir

Bu il Dövlət Turizm Agentliyinin əsas fokuslandığı məsələlərdən biri Qarabağın turizm potensialıdır.

Bunu Agentlik sədrinin müşaviri Kənan Quluzadə bildirib.

Onun sözlərinə görə, 2025-ci ilə qədər Qarabağa bir milyona yaxın turistin səfəri gözlənilir: “İşğaldan azad edilmiş ərazilərlə bağlı dəyərləndirmə, konsepsiyaların, strategiyaların hazırlanması və digər istiqamətlərdə fəaliyyət göstəririk. “Yolumuz Qarabağadır” layihəsi çərçivəsində artıq bir neçə marşrutu təqdim etmişik. Xarici vətəndaşların səfərləri barədə də düşünürük ki, onun da bir sistemini quraq. Ümumən gözləyirik ki, 2025-ci ilə qədər Qarabağa daxili və xarici turistlər daxil olmaqla sırf turist kimi bir milyona yaxın insan səfər edəcək”.

K.Quluzadə Qarabağda turizm infrastrukturunun yaradılması planlarından da danışıb: “Azad edilmiş ərazilərdə turizm infrastrukturu barədə müəyyən planlarımız var. Məsələn, Suqovuşan, Hadrut, Şahbulaqla bağlı planlar var. Müxtəlif regionlarla bağlı ayrı-ayrı layihələr, vahid marşrutlar və tematik klasterlər üzərində işləyirik. Bu işlər üçün xarici mütəxəssisləri cəlb etmişik. Eyni zamanda ictimai birliklərlə bu sahədə məsləhətləşmələr aparırıq. İşğaldan azad edilmiş ərazilərə səfərlərimiz olur. Bu səfərlərin daha intensiv olmasına çalışacağıq”.

Qarabağın və Şərqi Zəngəzurun tanıtımı ilə məşğul olduqlarını söyləyən K.Quluzadə bildirib ki, ötən ilin may ayından Şuşanın, Zəngəzurun potensialını sərgiləməyə başlamışıq: “Görürük ki, maraq böyükdür və bu, Azərbaycan turizmi üçün daha bir imkan yaradacaq. Yəni biz rəqabət şəraitində dünya bazarına yeni bir üstünlüklə qayıdırıq”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi