Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Moldova Prezidenti xanım Maya Sandu arasında telefon danışığı olub.
Bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Bildirilir ki, dövlət başçıları Ukrayna böhranı ilə bağlı son vəziyyət, bölgədə humanitar yardım və təxliyə prosesi ətrafında müzakirələr aparıblar.
Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə martın 10-da Antalyada Rusiya və Ukrayna xarici işlər nazirlərinin bir araya gəlməsi sülhə gedən yolda müəyyən həddə çatmaq üçün yardımçı olacaq.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP






