Ramzan Kadırovdan Zelenskiyə təklif

Çeçenistan rəhbəri Ramzan Kadırov Ukrayna prezidenti Vladimir Zelenskiyə müraciət edərək, Ukrayna lideri dialoqa hazır olduğu təqdirdə Rusiya prezidenti Vladimir Putinlə görüş təşkil etməyi təklif edib.

Rusiya KİV-ləri bildirir ki, Kadırov bu barədə özünün “Telegram” kanalında yazıb.

“Zelenski, əgər Polşaya getsən, o zaman zindana salınan və sonunda müttəhimlər kürsüsündə vətəninə qayıdan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin taleyi ilə üzləşəcəksən. Əgər siz Rusiyaya güvənirsinizsə və dialoqa hazırsınızsa, onda mən sizinlə yolun yarısında görüşməyə və şəxsən Rusiya prezidenti Putindən xahiş etməyə hazıram ki, sizə sığınacaq versin və simanızı qorusun”, – Kadırov belə sövdələşmə təklif edib.

O, Zelenskidən onunla əlaqə saxlamağı xahiş edib və “Putinlə ümumi dil tapmağa”, görüş təşkil etməyə kömək edəcəyinə söz verib.

Kadırov eyni zamanda bəyan edib ki, Ukrayna prezidentinin səlahiyyətləri 2014-cü ildə dövlət başçısı postundan devrilmiş Viktor Yanukoviçə ötürməlidir.

“Bəli, sən istedadlı insansan, yaxşı aktyor, amma siyasətçi deyilsən. İndi isə, sizin çiyinlərinizdə həll edə bilməyəcəyiniz problemlər yükü var. Çox gec olmadan mənə müraciət edin və gələcəyiniz haqqında danışaq. Mən şəxsən bunu deyirəm. Ən qısa zamanda qərar verin”, – Kadırov müraciətini belə yekinlaşdırıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP  

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi